18:00 - Azərbaycanda peyvənd olunanların sayı açıqlandı
17:43 - Azərbaycanda koronavirusa 2 144 yeni yoluxma qeydə alınıb, 33 nəfər vəfat edib
17:30 - KƏNGƏRLİ KƏTƏSİ
17:09 - 700 İLLİK MƏDƏNİYYƏT MƏBƏDİ
16:30 - İŞİD Kərkükdə hərbçiləri atəşə tutub, ölən və yaralananlar var
16:10 - Aşığın haqq aşiqliyi
15:40 - Bədii gimnastlarımız Dünya Kubokunda iştirak edib
15:12 - ÜST: Dünyada koronavirusla bağlı vəziyyət həyəcan doğurur
14:55 - Bitkoinin qiyməti 11 faizdən çox ucuzlaşıb
14:45 - Naxçıvan mətbəxində çay süfrəsi
14:18 - HƏR FƏSİLDƏ GÖZƏL OLAN NAXÇIVAN
14:00 - Çexiya 18 rus diplomatının ölkədən çıxarır
13:14 - Ağdamın Saybalı kəndi
13:00 - Sabahın hava proqnozu açıqlanıb
12:45 - Rusiyada son sutkada minlərlə insanda COVID-19 aşkarlandı
Mülki hüquqda qəyyumluq və himayəçilik nədir?
Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Yetkinlik yaşına çatmayanlar üzərində qəyyumluq və himayəçilik, həmçinin onların tərbiyələndirilməsi məqsədilə təyin edilir. Qəyyumların və himayəçilərin buna uyğun hüquq və vəzifələri Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə müəyyənləşdirilir.
Yetkinlik yaşına çatmayanların valideynləri, onları övladlığa götürənlər olmadıqda, valideynləri məhkəmə tərəfindən valideynlik hüquqlarından məhrum edildikdə, habelə bu cür fiziki şəxslər başqa səbəblərə görə valideyn himayəsindən məhrum olduqda, o cümlədən valideynləri onları tərbiyələndirməkdən və ya hüquq və mənafelərini müdafiə etməkdən boyun qaçırdıqda onların üzərində qəyyumluq və himayəçilik təyin edilir.
On dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanlar, habelə psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxslər üzərində qəyyumluq təyin edilir.
On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanlar üzərində, habelə spirtli içkilərdən, narkotik vasitələrdən və ya psixotrop maddələrdən sui-istifadə etməsi və ya qumara qurşanması nəticəsində fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən məhdudlaşdırılmış fiziki şəxslər üzərində himayəçilik təyin edilir.
Sualı Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşı cavablandırır.