09:37 - Aprelin 23-də xarici valyutaların manata qarşı məzənnələri
09:30 - Zəngilanın Nəcəflər kəndi - VİDEO
09:28 - Rəcəbov və Məmmədyarovun Aronyanla görüşünün vaxtı bilindi
09:18 - Bu gün deputatlar 18 məsələnin müzakirəsinə toplaşır
09:10 - Türkiyədə son sutkada koronavirusdan 65 593 nəfər sağalıb
09:00 - “Xalq yaradıcılığı günləri”nə start verilib
00:30 - Günün qoroskopu
23:47 - Kanada gələn həftə 300 min doza "Johnson & Johnson" peyvəndi alacaq
23:33 - Gənclərin iştirakı ilə “Tarixə ekskursiya” layihəsi çərçivəsində intellektual yarışma keçirilib
22:27 - "Real Madrid" Çempionlar Liqası mövsümünü buraxa bilər
21:59 - Kitablar nəsillərin bir-birinə vəsiyyətidir
21:23 - Güləşçimiz Mariya Stadnik səkkizqat Avropa çempionu olub
20:33 - KİV: Avropa çempionatı daha bir şəhərdən alındı
20:07 - Azərbaycanda Texnologiyaların Kommersiyalaşdırılması və Transferi Mərkəzi yaradılıb
Naxçıvan Bölməsinin Rəyasət Heyəti növbəti dəfə toplandı-FOTO
AMEA Naxçıvan Bölməsində Rəyasət Heyətinin növbəti iclası keçirilib.
AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, Bölmənin sədri, akademik İsmayıl Hacıyev əvvəlcə iclas iştirakçılarını gündəlikdəki məsələlərlə tanış edib. Akademik çıxışında Azərbaycan Respublikası Prezidentinin 18 fevral 2021-ci il tarixli “Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında”, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 8 fevral 2021-ci il tarixli “Qars müqaviləsinin 100 illiyinin keçirilməsi haqqında” və 22 fevral 2021-ci il tarixli “Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş Tədbirlər Planının təsdiq edilməsi haqqında” Sərəncamlarından irəli gələn vəzifələr barədə məlumat verib.
Sonra AMEA Naxçıvan Bölməsi Batabat Astrofizika Rəsədxanasının direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Qulu Həziyev “Lütfi Zadə: həyatı və elmi” mövzusunda məruzə edib. Məruzəçi tanınmış alimin həyatı və elmi fəaliyyəti haqqında ətraflı məlumat verərək bildirib ki, ABŞ-ın Kaliforniya Universitetinin fəxri professoru, Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü, görkəmli alim Lütfi Zadə müasir dünya elm tarixinə fundamental nəzəriyyələr bəxş edərək texnologiyanın inkişafında yeni bir eranın əsasını qoymuşdur.
Onun məşhur qeyri-səlis məntiq nəzəriyyəsi haqqında məlumat verən tədqiqatçı bu nəzəriyyədən ətraflı bəhs edib. Məhsuldar tədqiqatlarına görə Lütfi Zadənin çoxsaylı milli və beynəlxalq mükafatlara layiq görülməsini diqqətı çatdıran dosnet Q.Həziyev qeyd edib ki, o, elm və texnologiyaların inkişafında, mədəniyyətlərarası dialoqun qurulmasında misilsiz xidmətlərinə görə 2011-ci ildə 90 illik yubileyi münasibətilə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Dostluq” ordeni ilə təltif edilmiş, 2016-cı ildə Nizami Gəncəvi adına qızıl medala layiq görülmüşdür.
İclasda həmçinin Naxçıvan Bölməsinə fəlsəfə doktoru hazırlığı üzrə dissertanturaya qəbulla bağlı xarici dil imtahanının nəticələri və gündəlikdəki digər məsələlər Rəyasət Heyətinin müzakirəsinə çıxarılaraq müvafiq qərarlar qəbul olunub.