SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Müəllimlər İnstitutunda elmi-nəzəri konfrans keçirilib-FOTO

Naxçıvan Müəllimlər İnstitutunda elmi-nəzəri konfrans keçirilib-FOTO
24-02-2021, 21:34

Naxçıvan Müəllimlər İnstitutunda “1 Mart Ümumdünya Mülki Müdafiə günü”nə həsr olunmuş konfrans keçirilmişdir.

Nazirliyin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, konfransın keçirilməsində məqsəd  “1 Mart Ümumdünya Mülki Müdafiə günü” ilə bağlı tədbir iştirakçılarına mülki müdafiənin məqsəd və prinsiplərinin çatdırılması, bu məqsəd və prinsiplərin həyata keçiriləməsinin əhəmiyyətini bir daha Naxçıvan Müəllimlər İnstitutunun müəllim-tələbə kollektivinə xatırlatmaq olmuşdur.

Tədbiri giriş sözü ilə açan Naxçıvan Müəllimlər İnstitutunun Təbiət və incəsənət fakültəsinin dekanı, dosent Rövşən Vəliyev “1 Mart Ümumdünya Mülki Müdafiə günü”nün əhəmiyyətindən danışmış və bu cür tədbirlərin mütəmadi olaraq həyata keçirilməsinin tələbələrin təhlükəsizliyinin təmin edilməsindəki önəmini vurğulamışdır. Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə işinin təşkili şöbəsinin baş məsləhətçisi dövlət qulluqçusu Azadə Cəfərova “Naxçıvan Muxtar Respublikasında fövqəladə hallara qarşı mübarizə”  mövzusunda danışaraq muxtar respublikanın mülki müdafiə sistemi,  eləcə də mülki müdafiə təbliğatı və əhalinin fəlakət riskinin qarşısının alınmasına hazırlanması barədə ətraflı məlumat verib.  Fövqəladə hadisələr zamanı xəsarət alanlara ilk tibbi yardımın göstərilməsi,  yanğınların qarşısının alınması,  fərdi mühafizə vasitələri və kollektiv mühafizə qurğularından istifadə üsulları barədə nəzəri biliklərin və praktiki vərdişlərin təkmilləşdirilməsi, fövqəladə hallar zamanı təxliyənin təşkili qaydalarına xüsusi diqqət yetirilməsi tövsiyyə olunub. Naxçıvan    

Tədbir zamanı əyani vasitələrdən istifadə olunaraq “1 Mart Ümumdünya Mülki Müdafiə günü”-ndən bəhs edən slayd və videoçarxlar təqdim olunmuş, iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.

 

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Nisan 2021    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930