SON DƏQİQƏ

naxcivanxeberleri.com

Məktəblilər üçün “Büdcəmizi anlayaq” layihəsi çərçivəsində növbəti təlim keçirilib-FOTO

Məktəblilər üçün “Büdcəmizi anlayaq”  layihəsi çərçivəsində növbəti təlim keçirilib-FOTO
24-02-2021, 18:37

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin təşkilatçılığı ilə Hüseyn Cavid adına Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbində “Büdcəmizi anlayaq” layihəsi çərçivəsində təlim keçirilib. 

Tədris Mərkəzindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, layihənin əsas məqsədi ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərdə maliyyə savadlılığı, qənaət, yığım və digər bacarıqlarının erkən yaşlardan inkişaf etdirilməsindən ibarətdir. 40-dan çox məktəblinin iştirakı ilə keçirilən təlim şagirdlərə maliyyə savadlılığı üzrə biliklərin əldə edilməsi və bu biliklərin təqdim edilməsi, onların yaradıcı düşünmə bacarıqlarının artırılması və maliyyə savadlılığının təşviq edilməsi  imkanı yaradır. 

İlk mərhələdə slaydlar vasitəsi ilə “Büdcəmizi anlayaq” mövzusunda Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin Büdcə şöbəsinin sektor müdiri Səkinə Qəhrəmanovanın çıxışı dinlənilib. Təlimin növbəti mərhələsində Maliyyə Tədris Mərkəzinin baş mütəxəssisi Zəhra İsmayılova tərəfindən interaktiv oyunlar vasitəsi ilə şərti ailənin gəlir və xərclərinin müqayisəli təhlili aparılıb. Sonra məktəblilərin təqdimatı dinlənilib və səmərəli büdcə planlaşdırılması qaydaları ətrafında müzakirələr aparılıb. Bu mərhələdə 3 komanda iştirak edib. İnteraktiv mərhələdən sonra fəal iştirak edən komandalara Maliyyə Tədris Mərkəzinin sertifikatları təqdim olunub. Qeyd edək ki, “Büdcəmizi anlayaq” layihəsinin muxtar respublikanın digər ümumtəhsil məktəblərində də keçirilməsi nəzərdə tutulub.

 

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Nisan 2021    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930