23:47 - Kanada gələn həftə 300 min doza "Johnson & Johnson" peyvəndi alacaq
23:33 - Gənclərin iştirakı ilə “Tarixə ekskursiya” layihəsi çərçivəsində intellektual yarışma keçirilib
22:27 - "Real Madrid" Çempionlar Liqası mövsümünü buraxa bilər
21:59 - Kitablar nəsillərin bir-birinə vəsiyyətidir
21:47 - “Xalq yaradıcılığı günləri”nə start verilib
21:23 - Güləşçimiz Mariya Stadnik səkkizqat Avropa çempionu olub
20:33 - KİV: Avropa çempionatı daha bir şəhərdən alındı
20:07 - Azərbaycanda Texnologiyaların Kommersiyalaşdırılması və Transferi Mərkəzi yaradılıb
19:49 - "Azərbaycan Hava Yolları" London istiqamətində xüsusi reyslərin icrasına başlayır
19:27 - “Xiaomi” smartfonlarında kritik qüsur tapılıb
19:20 - “Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub
19:16 - Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi NDU üçün onlayn seminar keçib
18:55 - Əkin dövriyyəsinə qatılan yeni torpaqlar bol məhsula təminatdır - FOTO
18:53 - Külüsdə yeni nasos stansiyası istifadəyə verilib - FOTO
Babək rayonunda bələdiyyələr üçün seminar keçirilib -FOTO
Fevralın 24-də Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi və Dövlət Vergi Xidmətinin birgə təşkilatçılığı ilə Babək rayon Şəkərabad kənd mərkəzində bələdiyyələr üçün seminar keçirilmişdir. “Bələdiyyələrə ödənilən vergilərlə bağlı qanunvericiliyin tələbləri və məsuliyyət” mövzusunda keçirilən seminarda bu sahə üzrə qanunvericiliyin tələbləri və bələdiyyələrin üzərində düşən vəzifələr barədə iştirakçılara ətraflı məlumat verilib.
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, seminarı giriş sözü ilə Babək Rayon İcra hakimiyyəti aparatının ərazi idarəetmə və yerli özünüidarətmə şöbəsinin müdiri Muşfiq Məmmədsoy açaraq tədbirin əhəmiyyəti barədə məlumat verib.
Sonra Ədliyyə Nazirliyinin əməkdaşları Xəyal Eyvazov “Yerli vergilər və ödənişlərlə bağlı qanunvericiliyin tələbləri və bələdiyyələrin vəzifələri”, Ayaz Məhərrəmov “Yerli özünüidarənin maliyyə əsaslarını tənzimləyən qanunvericilikdən irəli gələn vəzifələr” və Dövlət Vergi Xidmətinin əməkdaşı Fərid Əliyev “Bələdiyyələrə ödənilən vergi və ödənişlərin ödənilməsi qaydaları və məsuliyyət” mövzularında çıxış etmişlər.
Qeyd olunub ki, yerli vergilər Azərbaycan Respublikasının vergi sisteminin tərkib hissəsidir və bələdiyyə büdcələrinin formalaşmasının mühüm hissəsini təşkil edir. Yerli vergilər vergi qanunvericiliyi ilə müəyyən edilir və bələdiyyələrin qərarlarına əsasən tətbiq edilir. Yerli vergilərin və ödənişlərin hesablanması və ödənilməsi ilə bağlı bələdiyyələrin qanunvericiliklə müəyyən olunmuş hüquq və vəzifələri vardır. Yerli vergilər və ödənişlər üzrə vaxtı keçmiş borcların, hesablanmış faizlərin məcburi qaydada alınması və maliyyə sanksiyalarının tətbiq edilməsi üçün bələdiyyələr müəyyən olunmuş qaydada məhkəmələrə müraciət edə bilərlər.
Bildirilib ki, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikasının Qanunu bələdiyyələrin maliyyəsinin formalaşması və istifadəsinin prinsiplərini, yerli büdcə prosesinin əsaslarını və bu sahələrdə bələdiyyələrin səlahiyyətlərini və onların müvafiq icra hakimiyyəti orqanları ilə qarşılıqlı münasibətlərini müəyyən edir. Yerli büdcənin başlıca məqsədi vergi və ödənişlər üzrə gəlirlərin cəlb edilməsi və büdcə vəsaitinin səmərəli istifadəsini təmin etməkdir. Yerli büdcənin xərclərinin həcmi və istiqamətləri bələdiyyələr tərəfindən müəyyənləşdirilir. Bələdiyyələr maliyyə əməliyyatları apararkən maliyyə qaydalarına riayət edilməsinə və maliyyə vəsaitindən təyinatı üzrə istifadə olunmasına görə məsuliyyət daşıyırlar.
Sonda iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilmiş və onlara Ədliyyə Nazirliyi tərəfindən hazırlanan “Əmlak və torpaq vergisinin hesablanması və ödənilməsinə dair” metodiki vəsait təqdim edilmişdir.