SON DƏQİQƏ

naxcivanxeberleri.com

Dövlət qulluğunda vakant vəzifələrin tutulması üçün müsahibə mərhələsinə start verilib

Dövlət qulluğunda vakant vəzifələrin tutulması üçün  müsahibə mərhələsinə start verilib
24-02-2021, 17:00

Dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün 14 oktyabr 2020-ci il tarixdə elan edilmiş müsabiqənin müsahibə mərhələsi başlayıb. Müsahibəyə hazırlıq məqsədi ilə 17 fevral 2021-ci il tarixdə Dövlət İmtahan Mərkəzində 15 müstəqil ekspert və 22 dövlət orqanının nümayəndələri üçün seminar keçirilib.

Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, müsahibələrdə ilk olaraq Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsində və Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində işləmək istəyən namizədlər iştirak ediblər.

Müsahibə zamanı namizədlərə ixtisasına, iddia etdiyi vəzifənin qulluq funksiyasına, peşə hazırlığına və dünyagörüşünə uyğun suallar verilir. Müsahibə mərhələsində obyektivliyin və şəffaflığın təmin edilməsi məqsədilə müsahibə qrupunun tərkibində müstəqil ekspertlər, Mərkəzin və dövlət orqanlarının nümayəndələri iştirak edirlər. Həmçinin müsahibə prosesinin videoçəkilişi aparılır. 

Müsahibə başa çatdıqdan dərhal sonra namizədə yekun bal arayışı hazırlanır və şəxsi işinə əlavə olunur. Qanunvericiliyə uyğun olaraq keçid balını toplamış namizəd haqqında məlumatlar Mərkəzin müşayiət məktubu ilə müvafiq dövlət orqanına təqdim olunur. Müsahibənin nəticələri haqqında məlumatlar dərhal Mərkəzin rəsmi internet portalında yerləşdirilir. 

Qeyd edək ki, 24 dövlət orqanı tərəfindən müsabiqəyə çıxarılan 205 vakant vəzifənin tutulması üçün 571 namizəd sənəd təqdim etmişdir. Test mərhələsində iştirak edən 559 namizəddən 326-sı müvafiq keçid balını toplayıb. Mətbuat və ictimaiyyətlə əlaqələr üzrə vakant vəzifələrin tutulması üçün 12 namizəd müraciət edib. Esse imtahanında iştirak edən 12 namizəddən 8-i keçid balını toplayıb.

Həmçinin ötən ilki müsabiqənin test imtahanlarında qanunvericiliklə müəyyən edilmiş keçid balını toplamış və inzibati vəzifə üzrə sertifikat əldə etmiş 31 namizədin müraciəti nəzərə alınaraq onların müsahibə mərhələsində iştirakları təmin olunub.

Dövlət orqanları üzrə müsahibələr Mərkəzin rəsmi internet portalında yerləşdirilmiş qrafikə uyğun olaraq 13 mart 2021-ci il tarixə kimi davam edəcəkdir.

 

 

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Nisan 2021    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930