SON DƏQİQƏ

naxcivanxeberleri.com

Parlamentdə Xocalı soyqırımı ilə bağlı məsələ ön plana çəkilib

Parlamentdə Xocalı soyqırımı ilə bağlı məsələ ön plana çəkilib
24-02-2021, 14:30

Milli Məclisin deputatları xarici ölkələrə səfərləri zamanı, o cümlədən beynəlxalq təşkilatların tədbirlərində, o cümlədən, pandemiya ilə əlaqədar olaraq videokonfrans formatında keçirilən görüşlərdə iştirak edərkən Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, o cümlədən Xocalı soyqrımı haqqında faktların geniş yayılması istiqamətində məqsədyönlü iş görürlər.

Bu məqsədlə Milli Məclisin xarici ölkələrin parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının imkanlarından dolğun və səmərəli istifadə olunur.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, Xocalı faciəsinin 29-cu ildönümü ərəfəsində xarici ölkələrin parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının rəhbərləri və üzvləri Xocalı soyqrımı haqqında həmkarlarına geniş məlumat verir, onları bu soyqrıma ədalətli münasibət bildirməyə çağırırlar. Son günlərdə bu məqsədlə İordaniya, İsrail, Meksika, Peru, Əfqanıstan, Estoniya, İndoneziya, Bosniya-Hersoqovina və digər ölkələrin parlamentlərarası dostluq qrupları ilə keçirilən onlayn görüşlərdə Xocalı soyqırımı ilə bağlı məsələ ön plana çəkilib. Məqsəd bu soyqırımı haqqında həqiqətlərin daha çox ölkələrin ictimaiyyətinə çatdırılması və milli parlamentlər tərəfindən faciəyə ədalətli hüquqi-siyasi münasibətin bildirilməsidir.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Nisan 2021    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930