SON DƏQİQƏ

naxcivanxeberleri.com

İş sahələrində əməyin mühafizəsinin təşkilinə dair növbəti seminar keçirilib

İş sahələrində əməyin mühafizəsinin təşkilinə dair növbəti seminar keçirilib
24-02-2021, 11:00

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən iş sahələrində əməyin mühafizəsi qaydalarına riayət olunmasına dair maarifləndirici seminarlar davam etdirilir. Növbəti seminar, fevralın 23-də muxtar respublika ərazisində fəaliyyət göstərən 14 istehsal müəssisəsinin aidiyyatı mütəxəssislərinin iştirakı ilə keçirilib.

Nazirliyin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, seminarda Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin nümayəndələri tərəfindən iş prosesində əməyin mühafizəsi qaydalarına riayət edilməsi, işin xarakterinə uyğun fərdi və kollektiv mühafizə vasitələrindən istifadə edilməsi, əməyin mühafizəsi üzrə işçilərin vəzifələri, həmçinin əməyin mühafizəsi qaydalarının pozulmasına görə məsuliyyətlər mövzularında söhbətlər aparılıb, bu mövzuda slaydlar nümayiş etdirilib. Tədbirin sonunda iştirakçıları maraqlandıran  suallar  cavablandırılıb, müvafiq tövsiyələr verilib.

 

 

 

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Nisan 2021    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930