23:30 - Bu tarixlərdə ictimai nəqliyyat işləməyəcək - Nazirlər Kabineti
22:54 - İxrac iqtisadiyyatın əsas hərəkətverici qüvvəsinə çevrilir
21:46 - Naxçıvan Müəllimlər İnstitutunda müxtəlif idman növləri üzrə yarışlara start verilib
21:17 - Üç növdə şəhər birinciliyi keçirilib
20:40 - “Naxçıvan” Universitetində “Nəriman Həsənzadə-90” adlı elmi konfrans keçirilib-FOTO
20:33 - Babək rayonunda maarifləndirici tədbir keçirilib
20:27 - Ucqar dağ kəndinin yeni mənzərəsi
19:47 - “Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub
19:15 - Dubayda koronavirusla bağlı məhdudiyyətlər Ramazan ayınadək uzadılıb
19:01 - Təbii Ehtiyatlar İnstitutunda elmi-praktiki seminar keçirilib
18:43 - Ermənistan müxalifəti parlamentin qarşısında etiraz aksiyası keçirir
18:14 - Prezident İlham Əliyev: Biz sülh istəyirik və bu gün sülhü təbliğ edirik
18:05 - Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlığın istiqamətləri müzakirə olunub
17:59 - Prezident İlham Əliyev: Pakistanla birgə hərbi təlimlər üzərində düşünürük
Nazir: "Türkiyə istehsalı olan “Bayraktar” PUA-larının zəfərimizdə rolu çox böyükdür"
“Gördük ki, danışıqlar yolu ilə torpaqlarımızı qaytarmaq mümkün deyil. Dünya ictimaiyyəti də Ermənistanın işğalına göz yumurdu. Ancaq biz Türkiyənin də siyasi dəstəyi sayəsində 44 günlük Vətən müharibəsi ilə torpaqlarımızı işğaldan azad etdik. 44 günlük müharibə bizə bir şeyi də göstərdi: XXI əsrin müharibəsi texnologiya savaşıdır. Zəfərimizdə Türkiyə istehsalı “Bayraktar” zərbə PUA-larının rolu çox böyükdür”.
NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bunu Türkiyənin Ankara Universitetində Xocalı soyqırımının ildönümünə həsr olunan tədbirdə çıxış edən Azərbaycanın təhsil naziri Emin Əmrullayev söyləyib.
Onun sözlərinə görə, Vətən müharibəsindəki qələbə azərbaycanlıların Xocalı soyqırımına baxışını da dəyişdirib: “Çünki biz keçmişdə Xocalıdan bəhs edərkən məğlub bir xalqın fərdləri kimi danışırdıq. İndi ilk dəfə Xocalıdan danışarkən qələbə çalmış bir xalqın fərdi olaraq bəhs edirik. Gələcək nəsillərə Xocalını unutdurmamaq üçün görüləcək çox işimiz var. Zəfər əldə etdik, ancaq ədalət əldə etmək üçün görüləcək işimiz çoxdur”.
Nazir Xocalıda baş verən faciənin Birinci Qarabağ müharibəsinin dönüş nöqtəsi olduğunu deyib: “Azərbaycanlılar 1992-ci ilin fevralınadək uzun illər birgə yaşadıqları ermənilərin onları bu şəkildə qətlə yetirəcəklərini ağıllarına belə gətirmirdilər. Hətta vaxtı ilə Ermənistanın prezidenti olmuş Serj Sarqsyanın təbiri ilə desək, Xocalı qırğını ermənilər azərbaycanlı dinc sakinləri öldürməz tabusunu qırıb”.
E.Əmrullayev tədbir iştirakçılarına Xocalı soyqırımında ermənilərin azərbaycanlı 613 mülki şəxsi öldürüldüyünü xatırladıb: “Ermənistan ordusu 1992-ci il fevralın 26-da girdiyi Xocalıda uşaq və qadınlar daxil olmaqla yüzlərlə dinc sakini öldürüb və mindən çox insanı əsir götürüb. Azərbaycanın Dağlıq Qarabağ bölgəsində böyük soyqırımı gerçəkləşdirən ermənilər 29 il öncə 106-sı qadın, 83-ü uşaq olmaqla ümumilikdə 613 azərbaycanlını vəhşicəsinə qətlə yetirib. Son illərdə törədilən ən böyük soyqırımı və hərbi cinayət olaraq tarixə keçən Xocalı soyqrımının günahkarları hələ də ədalət mühakiməsinə cəlb olunmayıblar”.