SON DƏQİQƏ

naxcivanxeberleri.com

Polis Məktəbində kursantlar üçün mühazirə keçirilib-FOTO

Polis Məktəbində kursantlar üçün mühazirə keçirilib-FOTO
23-02-2021, 12:30

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi aidiyyəti orqanlarla əməkdaşlıq fəaliyyətini davam etdirir. Bu məqsədlə mərkəzin ekspertləri tərəfindən Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbinin kursantları üçün “İnsan izlərinin tədqiqi” mövzusunda mühazirə təşkil edilmişdir.

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, mühazirədə kursantlara Məhkəmə Ekspertizası Mərkəzində aparılan ekspertizalar, onların növləri haqqında, hadisə yerinin mühafizəsi, hadisə yerində maddi sübutların tamlığının pozulmaması, onların aşkarlanaraq götürülməsi və düzgün qablaşdırılması, mərkəzdə keçirilən insan izlərinin tədqiqi ekspertizası və daktiloskopik ekspertizalar barədə məlumat verilmişdir.

Mərkəzin Ballistik və trasoloji ekspertizalar bölməsinin rəisi əvəzi, kiçik ədliyyə müşaviri Səməd Şahtaxtinski mərkəzin yaranma tarixi və zərurəti, hadisə yerinin mühafizəsi haqqında məlumat vermişdir. Qeyd olunub ki, polis əməkdaşının vəzifələrindən biri də hadisə yerinin mühafizəsidir. Hadisə baş verdikdən sonra hadisə iştirakçılarının yaxınları ehtiyatsızlıqdan və bəzən də qəsdən hadisə yerindəki mövcud maddi sübut və dəlil hesab olunacaq alət, vasitə və izləri məhv edirlər və ya təhrif edirlər, bu da öz növbəsində gələcəkdə ekspertə iş üçün əhəmiyyətli olan halların müəyyən edilməsində çətinliklər yaradır. Polis əməkdaşı hadisə yerində diqqətli olmalı, kənar müdaxiləyə yol verməməli, səlahiyyəti xaricində mövcud predmetlərə müdaxilə etməməlidir.

Ballistik və trasoloji ekspertizalar bölməsinin eksperti, I dərəcəli ədliyyə qulluqçusu Cavid Əliyev kursantlara “İnsan izlərinin tədqiqi ekspert ixtisası üzrə” mühazirəsində insan izlərinin aşkar olunması, götürülməsi, qeydə alınması, qablaşdırılması və ekspertiza tədiqatına göndərilməsi ilə bağlı məlumat verib. Qeyd edib ki, trasolji ekspertizanın bir sahəsi olan daktiloskopik ekspertizada, ekspert təqdim edilən maddi sübut əsasında ona verilən sualları cavablandırır. Əgər təqdim olunan maddi sübut düzgün götürülməzsə, düzgün qablaşdırılmazsa və vaxtında ekspertiza tədqiqatına təqdim edilməzsə ekspert ona verilən sualları ya ümumiyyətlə cavablandıra bilmir, ya da tam cavablandıra bilmir.

Mühazirədə ekspertlərin təqdimatında hadisə yerində və laboratoriya şəraitində müxtəlif obyektlər üzərində kimyəvi tozlar vasitəsi ilə əl-barmaq izlərinin aşkar edilməsi və götürülməsi ilə bağlı videoçarx nümayiş etdirilmiş, hadisə yerinin müayinəsi çantasının mahiyyəti və istifadə qaydaları izah olunmuş, kursantları maraqlandıran suallara aydınlıq gətirilmişdir.  

 

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Mart 2021    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031