19:35 - Ceyhun Bayramov İsrailin səfiri ilə görüşüb
19:03 - NDU tələbələri arasında Nizami Gəncəvi irsiylə əlaqədar foto-slayd müsabiqəsinə yekun vurulub
18:43 - Bakıda Pakistan hərbi nümayəndə heyəti ilə görüş keçirilib
18:21 - Təcrübəçi tələbələrə məktəblərdə təcrübə-sınaq dərsləri keçirilir
18:07 - “Xocalı soyqırımı bütün bəşəriyyətin ən qanlı faciələrindən biridir”
17:58 - “Dostluq” yatağına dair İşçi Qrup yaradıldı - SƏRƏNCAM
17:30 - Yerevanda etirazçılar yolları bağlayır
17:21 - Ölkədə peyvənd olunanlar daha çox bu yaşda olanlardır - STATİSTİKA
17:11 - Naxçıvan Müəllimlər İnstitutunda Xocalı faciəsinin 29-cu ildönümü münasibətilə tədbir keçirilib
17:06 - Azərbaycanda 126 nəfər COVID-19-a yoluxub, 142 nəfər sağalıb
17:00 - Şahbuz rаyоnundа mааrifləndirici tədbirlər dаvаm еdir
16:55 - Oksigenlə zəngin hava şəraiti gözlənilir
16:49 - Böyükşor və Zığ gölləri ilə bağlı fərman və sərəncamda dəyişiklik edildi
16:47 - Azərbaycan Prezidenti: “Həmin o “İskəndər” raketlərini Ermənistan pulla alıb? Pulsuz alıb”
16:43 - Prezident İlham Əliyev: Hər zaman şəhid ailələrinin üzvləri və müharibə əlillərinin yanında olacağam
“Nizami xəmsəsi” layihəsinin yekun tədbiri olub
Dünən dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə Naxçıvan Muxtar Respublikası Gənclər Fondu tərəfindən təşkil olunan “Nizami xəmsəsi” layihəsi “Nizami dünyasının işığında” adlı ədəbi-bədii gecə və mükafatlandırma mərasimi ilə yekunlaşıb.
NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev layihənin əhəmiyyətindən və gənc nəslin dahi şairin poetik irsini daha geniş öyrənməsinin vacibliyindən danışıb.
Bildirilib ki, layihəyə əsasən “Nizami” bədii filminin nümayişi, “Sirlər xəzinəsi” poemasının müzakirəsi, Nizami Gəncəvinin həyat və yaradıcılığına dair “Xəmsə” milli intellektual oyunu, “Nizami poeziyası” adlı bədii qiraət müsabiqəsi, “Nizaminin söz dünyası, poetik dili və ədəbi irsi” mövzusunda açıq dərs, “Xəmsə möcüzəsi” adlı rəsm müsabiqəsi keçirilib.
Sonra Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, şair Asim Əliyev, Naxçıvan Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının müəllimi Zamin Əliyev, “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyinin direktoru Kamal Gülmalıyev Nizami Gəncəvinin həyat və yaradıcılığından geniş söhbət açıblar.
Tədbirdə “Nizami xəmsəsi” layihəsi çərçivəsində reallaşan “Nizami poeziyası” bədii qiraət müsabiqəsinin qalibi olmuş gənclərin çıxışları və dahi şairin obrazının yaradılması gecəyə əlavə rəng qatıb. Həmçinin gecədə “Xəmsə” milli intellektual oyununun, adıçəkilən bədii qiraət müsabiqəsinin qalibləri mükafatlandırılıb.