SON DƏQİQƏ

naxcivanxeberleri.com

Şərur rayonunda kompleks quruculuq işləri aparılır - FOTO

Şərur rayonunda kompleks quruculuq işləri aparılır - FOTO
2-04-2019, 12:40

Muxtar respublikanın ən böyük bölgəsi olan Şərur rayonunda sosial-iqtisadi və mədəni obyektlərin, istehsal müəssisələrinin, təhsil, səhiyyə ocaqlarının tikintisi, yolların və digər infrastrukturların yenilənməsi diqqət mərkəzində saxlanılır.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, cari ildə də rayonda tikinti-quruculuq sahəsində geniş və iri layihələr icra olunur. Daha 4 kənddə sosial obyektlər, Şərur şəhərində isə mədəniyyət sarayı üçün bina tikilir. Naxçıvan-Sədərək magistralından Şərur şəhərinə qədər olan, eləcə də şəhərdəki Heydər Əliyev prospektini və 6 küçəni əhatə edən 11 kilometrlik avtomobil yolu yenidən qurulur, yolun yatağı genişləndirilir, qalın asfalt örtük salınmasına hazırlıq işləri görülür. Rayon mərkəzində müasir yaşayış kompleksinin də tikintisinə başlanılıb. Kompleks hər biri altımərtəbəli və 40 mənzilli üç yaşayış binasından ibarət olacaq. Həmçinin rayonda sutəmizləyici qurğular yaradılır, Zeyvə və Düdəngə kəndlərində də içməli su sistemləri qurulur, kəndlərdə fərdi yaşayış evlərinin tikintisi sürətlə aparılır.

Qeyd edək ki, bu ilin əvvəllərində Şərur şəhərində uşaq xəstəxanası, Kərimbəyli kəndində 270 şagird yerlik tam orta məktəb binası, kənd və xidmət mərkəzləri, həkim ambulatoriyası istifadəyə verilib, avtomobil yolu yenidən qurulub.



Elman MƏMMƏDOV

"Şərq qapısı" qəzeti

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930