SON DƏQİQƏ

naxcivanxeberleri.com

Məktəblilər arasında ilk dəfə Memarlıq-dizayn müsabiqəsi keçirilib-FOTO

Məktəblilər arasında ilk dəfə Memarlıq-dizayn müsabiqəsi keçirilib-FOTO
18-02-2021, 19:43

18 fevral 2021-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə muxtar respublika məktəbliləri arasında Memarlıq-dizayn müsabiqəsi təşkil olunub.  Müsabiqənin keçirilməsində məqsəd mühəndislik bacarığına və kreativ düşüncəyə malik  şagirdlərin ən son proqram təminatlarından istifadə etməklə müxtəlif layihə və ideyaları hazırlamalarına şərait yaratmaq və bu sahədə onların istedadını üzə çıxarmaqdan ibarət olub.

Nazirliyin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, tədbiri giriş sözü ilə açan Təhsil Nazirliyi Aparatının Sektor müdiri Murad Babayev qeyd edib ki,  dövlətimizin qayğısı nəticəsində 2019-cu ildən başlayaraq məktəbdənkənar təhsil müəssisələrində uşaq və gənclərin maraq və bacarıqlarının, intellektual səviyyələrinin və yaradıcılıq qabiliyyətlərinin inkişafı, asudə vaxtlarının səmərəli təşkili məqsədilə yeni innovativ dərnəklər yaradılıb. Bildirilib ki, innovativ dərnəklərin yaradılması muxtar respublikada məktəbdənkənar təhsil müəssisələrinin fəaliyyət imkanlarının genişləndirilməsi işində həyata keçirilən təhsil islahatlarının əsas istiqamətlərindən biridir. Təşkil edilən müsabiqədə yeni yaradılan Memarlıq-dizayn dərnəyində təhsil alan şagirdlər iştirak edir. Qeyd edilib ki, müsabiqənin şərtlərinə uyğun olaraq şagirdlər kompüterdə 3 saat müddətində ArchiCAD-üç ölçülü  dizayn proqramında memarlıq layihələrinin modellərini hazırlayacaqlar.

Müsabiqə zamanı şagirdlər hazırladıqları  memarlıq layihərinin plan ölçüləri, perspektiv görünüşləri, fasad və interyer həllini kompüterdə uyğun miqyasda yerləşdiriblər. 

Yekunda hər şagird hazırladığı layihəni münsiflər heyətinə təqdim edib. 

Şərtləri ödəyən şagirdlər münsiflər heyəti tərəfindən innovasiya və kreativlik, uyğunluq və funksionallıq, proqram tələblərinin yerinə yetirilməsi və məlumatın təqdimatı kimi parametrlərə əsasən seçiliblər. Nəticələrə əsasən Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin dərnək üzvü Qafarov Kamal Əli oğlu I yerə, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin dərnək üzləri İbrahimli Aysel Ramin qızı və Tahirov Bayram Tural oğlu II yerə, Ordubad Rayon Texniki Yaradıcılıq Mərkəzinin dərnək üzvü Kazımov Fərid Şahin oğlu, Culfa Rayon Texniki Yaradıcılıq Mərkəzinin dərnək üzvü Novruzov Uğur Coşqun oğlu və Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin dərnək üzvü Bayramzadə Lətif Elsevər oğlu isə III yerə layiq görülüb. Qaliblər diplom və hədiyyələrlə mükafatlandırılıblar.

Bu cür müsabiqələrin təşkil edilməsi dərnəklərdə fəaliyyətə başlayan şagirdlərin öz ideyalarını gərçəkləşdirmələrinə geniş imkanlar yaradır. 

 

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    May 2021    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31