SON DƏQİQƏ

naxcivanxeberleri.com

Əbrəqunusda yeni meyvə bağı salınıb

Əbrəqunusda yeni  meyvə bağı salınıb
2-04-2019, 11:22

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin "Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı"nın qəbul olunmasından sonra rayonumuzun bir çox kəndlərində regiona uyğun meyvə bağlarının salınması istiqamətində həyata keçirilən tədbirlər ilbəil artır.
Rayonumuzun bir çox kəndlərində olduğu kimi, Əbrəqunus kəndində də meyvəçiliyin inkişafı diqqətdə saxlanılır. Kənd sakini Əliqulu Əsgərov müqavilə əsasında bələdiyyə torpağından 0,4 hektar götürərək meyvə bağı salmışdır. Salınmış bağda yerli şəraitə uyğun 400-dən artıq alma, ərik, gilənar, şaftalı, gilas, armud və s. ağac tingləri əkilmişdir.
Əliqulu Əsgərov söhbət zamanı bildirdi ki, muxtar respublikamızda ailə təsərrüfatlarına göstərilən dövlət qayğısı bizi meyvə bağı salmağa ruhlandırıb. Saldığım bağ sahəsini əvvəlcədən şumlatmış, peyin vermişəm.
Meyvə tinglərinin əksəriyyətini calaq yolu ilə sortlaşdırmışam. Gələcəkdə ailə təsərrüfatımı genişləndirməyi,təsərrüfatımızdan səmərəli istifadə etməklə kompot və mürəbbələr bağlamaq üçün sex yaratmağı da nəzərdə tutmuşam.
Hazırda yaz-tarla işlərinin qızğın çağıdır. Biz də yaxşı bilirik ki, indi zəhmət çəkməsək, əkib-becərməsək sonda rahatlıq tapa bilmərik. Ona görə də saldığımız bağa aqrotexniki qaydada qulluq göstərəcəyəm.
Rayonumuzda bağçılığın inkişaf etdirilməsi həm əhalinin meyvəyə olan tələbatını ödəmiş olacaq, bolluq yaradacaq, həm də yeni yaşıllıq zolaqlarının yaradılmasına, təbiətimizin saflaşmasına, gözəlləşməsinə gətirib çıxaracaqdır.
Yolların, yaşayış binalarının ətraflarına həmişəyaşıl ağaclar və gül kolları əkilib
Culfa Rayon İcra Hakimiyyətinin əməkdaşı Mübariz Məmişov muxtar respublikanın digər rayonlarında olduğu kimi, Culfa rayonunda da yaşıllaşdırma tədbirləri davam etdirilir. Belə ki, cari il ərzində 2,9 hektar yeni, 1,1 hektar meşəbərpa ərazisində 940 meyvə, 150 meşə, 600 üzüm kolu əkilib. Həmçinin ailə təsərrüfatçıları tərəfindən 4,7 hektar ərazidə 2600 meyvə, 150 üzüm kolu əkilib. Bu gün isə yaşayış binalarının, parkların ətraflarına 300 gül kolu, 30-dan çox həmişəyaşıl ağac əkilib. Yaşıllaşdırma tədbirləri rayonda il ərzində mütəmadi olaraq davam etdiriləcək.
Rayonda 2018-ci ildə 11,5 hektar yeni və 11,85 hektar meşəbərpa məqsədilə ümumilikdə 8150 meyvə, 2212 meşə, 608 həmişəyaşıl ağaclar, 4000 üzüm və 1690 çoxillik gül kolları əkilib.
Qeyd edək ki, 2018-ci ildə ümumilikdə muxtar respublikada 473 hektar sahədə yaşıllaşdırma, meşəsalma və meşəbərpa tədbirləri həyata keçirilib. Ötən 25 ildə isə muxtar respublika ərazisində 15 min 500 hektardan çox sahədə meyvə bağları, meşə massivləri, yaşıllıq zolaqları salınıb. Ətraf mühitin mühafizəsi sahəsində həyata keçirilən tədbirlər nəticəsində meşə və qeyri-meşə fondu ərazilərində yaşıllıqların sahəsi 1990-cı illərlə müqayisədə 0,6 faizdən 14 faizədək artıb.
Röyal KƏRİMOV

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30