SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvanda Vətən müharibəsi iştirakçıları ilə görüş keçirilib-FOTO

Naxçıvanda Vətən müharibəsi iştirakçıları ilə görüş keçirilib-FOTO
16-02-2021, 20:33

Gənclər və İdman Nazirliyi, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhərindəki “Görüş yeri” kafesində gənclərin Vətən müharibəsi iştirakçıları ilə görüşü təşkil olunub.

Nazirliyin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, görüşün keçirilməsində məqsəd gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsinin yüksəldilməsi, gənclərin Vətən müharibəsi haqqında daha çox məlumat əldə etməsi, gənclərin müharibə iştirakçılarını daha yaxından tanımalarına şəraitin yaradılmasdır.

Tədbiri giriş sözü ilə Gənclər və İdman Nazirliyinin şöbə müdiri İlahə Haqverdiyeva açaraq qeyd edib ki, 2020-ci ildə gənclərimizin qazandığı ən böyük uğur İkinci Qarabağ Müharibəsində göstərdikləri şücaət və qazandığımız tarixi qələbəmizdir. Bu qələbə Ali Baş Komandanımızın qətiyyəti, böyük siyasi iradəsi, Azərbaycan əsgərinin gücü, gənclərimizin özləri üçün hər şeydən üstün tutduğu Vətən sevgisi ilə qazanıldı. Xalqımız üçün mədəniyyət və mənəviyyat mərkəzi sayılan Şuşanın azad olunması özlüyündə ordumuzun, əsgərlərimizin qəhrəmanlığının və Vətənə olan bağlılığının ən böyük sübutudur.

Görüş zamanı Əlahiddə Ümumqoşun Ordunun zabitləri, Vətən müharibəsi iştirakçılarından baş leytenant Cavidan Axundzadə, baş gizir Nail Eyvazov, gizir İmran Səfizadə çıxış edərək bildiriblər ki, İkinci Qarabağ müharibəsində hərbçilərimizin göstərdikləri qəhrəmanlıqlar ölkəmizdə və muxtar respublikada ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlərin nəticəsidir. Bu illər ərzində muxtar respublikada ordu quruculuğu əsas məsələlər sırasında saxlanılmış, yeni hərbi hissələr yaradılmış, ən müasir silah və texnika təminatı həyata keçirilmiş, müdafiə təhlükəsizliyi təmin olunub. Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları da ölkəmizin ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə iştirak edib və qələbə sevincini yaşayıblar.

Qeyd edək ki, görüşdə 30 nəfər könüllü gənc iştirak edib.

Sonda hərbiçilər gənclərin suallarını cavablandırıblar.

 

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Haziran 2021    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930