SON DƏQİQƏ

naxcivanxeberleri.com

Bakıya yeni elektrik xətti çəkilir

Bakıya yeni elektrik xətti çəkilir
1-04-2019, 22:20

Bu barədə "Azərenerji”dən bildirilib.

"Azərenerji” ASC Bakı şəhərinin elektrik enerjisi təchizatının etibarlığını və dayanıqlığını daha da gücləndirmək məqsədi ilə, Şirvan şəhərində yerləşən "Cənub” Elektrik Stansiyasından "Xırdalan” yarımstansiyasına 220 kV-luq yüksək gərginlikli yeni elektrik veriliş xətti çəkir.

Bu barədə "Azərenerji”dən bildirilib.

Yeni xəttin çəkilməsi enerji sistemin etibarlığını artırmaqla yanaşı, həm də, şəhərə daxil olan hansısa yüksəkgərginlikli hava xəttində problem yaranarsa, yükün bir xətdən başqa xəttin üstünə keçirilməsinə imkan yarada biləcək.

ASC-ın məlumatıma görə, yeni xətt istifadəyə verildikdən sonra, digər yüksəkgərginlikli xətləri açıb, onların üzərində təmir-bərpa işləri aparmaq da asanlaşacaq. Şirvandan Xırdalana 108 km məsafədə çəkilən 220 kV-luq yüksək gərginlikli elektrik veriliş xətti üzrə 367 anker dayaqdan 365-i quraşdırılıb və 14 km istisna olmaqla, naqillər asılıb. Yaxın günlərdə işlər tam yekunlaşacaq və yeni xətt istismara veriləcək.(ona.az)

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031