SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Dövlət Universitetində dərs vəsaitinin təqdimatı olub-FOTO

Naxçıvan Dövlət Universitetində  dərs vəsaitinin təqdimatı olub-FOTO
12-02-2021, 17:30

Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında “İngilis dili və metodika” kafedrasının müəllimi Sərcan Sadiqovanın “Əczaçılıq tələbələri üçün ingilis dili” (“English for pharmacy students”) adlı  dərs vəsaitinin təqdimatı keçirilib.

NDU-Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə,yığıncaqda universitetin elmi katibi, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Məftun İsmayılov çıxış edərək  ilk öncə müəllifi təbrik edib, elmi və pedaqoji fəaliyyətində uğurlar arzulayıb.  Bildirilib ki, bu cür kitab təqdimatlarını keçirməkdə məqsəd müəlliflərin yazdığı elmi əsərləri universitetin professor-müəllim heyətinə, tələbələrə təqdim etməkdir. Diqqətə çatdırılıb ki, bu dərs vəsaiti “Əczaçılıq” ixtisasında təhsil alan tələblərin biliklərinin artırılmasında mühüm rol oynayacaq.

Xarici dillər fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent Şirməmməd Qulubəyli əczaçılığın ən böyük elementlərindən bəhs edən “English for pharmacy students” kitabının 65 bölmədən ibarət olduğunu nəzərə çatdırıb. Dərs vəsaitinin mətnlər, lüğətlər, tapşırıqlar və dialoqlar üzərində qurulduğu bildirilib.Tələbələrin bu dərs vəsaitini asan mənimsəməsi üçün müəllifin sadə üsulla fikirlərini qələmə aldığı vurğulanıb. Eyni zamanda diqqətə çatdırılıb ki, dərs vəsaiti əczaçılığa dair geniş şəkildə yazılmış ilk mənbədir.

“İngilis dili və metodika” kafedrasının müdir əvəzi Leyla Zeynalova dərs vəsaitində verilən dialoqların fərqliliyindən, keyfiyyətindən danışıb. Təqdim edilən kitabda əczaçılığın qısa tarixi, dərmanların yan təsirləri, saxta və allerjik dərmanlar, həmçinin bitkilərdən hazırlanan preparatlara və digər maraqlı faktlara nəzər salınıb. Qeyd edilənlər “Əczaçılıq” ixtisasında təhsil alan tələbələrə öz sahələrini daha yaxşı mənimsəmələrində kömək edəcək.

“Əczaçılıq” ixtisası üzrə I kurs tələbəsi Fidan Bəxtiyarova bütün tələbələr adından kitabın müəllifinə öz təşəkkürünü bildirib, tərtib edilmiş kitablardan yararlanmalarının vacibliyindən danışıb.

Sonra kitabla bağlı fikirlər səsləndirilib.

Sonda müəllif muxtar respublikada yaradıcı insanların elmi-pedaqoji fəaliyyəti üçün göstərilən dövlət dəstəyinə görə minnətdarlığını bildirib.

 

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    May 2021    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31