SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvanda imtahanların şəffaf şəkildə keçirilməsi diqqətdə saxlanılıb

Naxçıvanda imtahanların şəffaf şəkildə keçirilməsi diqqətdə saxlanılıb
3-02-2021, 17:00

Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən yanvar ayında da  fəaliyyətini davam etdirərək üzərinə düşən vəzifələrin icrasını həyata keçirib. Ay ərzində dövlət qulluğuna dair qanunvericiliyin tətbiqinə nəzarət olunub və 1 dövlət orqanının qanunvericiliyə uyğun olmayan 2 qərarı dəyişdirilib.

 

Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzinin Mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə,yanvar ayında müəllimlərin işə qəbulu ilə bağlı keçirilən müsabiqə başa çatıb. Müsabiqənin nəticələrinə görə imtahanlarda iştirak edən 248 namizəddən 136 nəfəri keçid balını toplayıb və müvafiq vəzifələrə təyin olunmaq üçün sənədləri aidiyyatı üzrə göndərilib.

 

Nazirlər Kabinetinin təsdiq etdiyi qaydalara uğun olaraq yanvarın 14-dən təhsilverənlərin sertifikatlaşdırılması imtahanlarına start verilib. Fevralın 1-ə qədər, ümumilikdə, 854 təhsilverən sertifikasiya imtahanında iştirak edib. Onlardan 534-ü müvafiq keçid balını toplayıb. Muxtar respublika üzrə riyaziyyat müəllimlərinin sertifikasiyası tam başa çatdırılıb. Bu istiqamət üzrə 597 müəllim imtahanda iştirak edib. Onlardan 462-si müvəffəqiyyət qazanıb. Hazırda sertifikasiya imtahanları davam edir.

 

Yanvarın 23-də Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi Səhiyyə Nazirliyinin tabeliyində olan müəssisələrdə 396 vakant vəzifənin tutulması üçün müsabiqə elan edib. Qeyd edək ki, bu istiqamətdə ilk dəfə olaraq keçiriləcək müsabiqəyə sənəd qəbulu fevralın 23-ə qədər davam edəcək.

 

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda və “Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi Qaydaları”nda bir sıra dəyişikliklərin edilməsi ilə əlaqədar olaraq yanvarın 25-də dövlət qulluqçusuna ixtisas dərəcəsinin verilməsinin yeni qaydaları haqqında seminar keçirilib. İnzibati və yardımçı vəzifələrin ayrı-ayrı təsnifatları üzrə növbəti ixtisas dərəcələrinin verilməsi zamanı gözlənilən qulluq müddətləri, vaxtından əvvəl ixtisas dərəcəsinin verilməsi proseduru və digər məsələlər barədə keçirilən seminarda 51 dövlət orqanının nümayəndəsi iştirak edib.

Ötən  ay ərzində Dövlət İmtahan Mərkəzi tərəfindən dövlət qulluğu və müəllimlərin sertifikasiyası sahəsində təşkil olunmuş hazırlıq kurslarında, ümumilikdə, 14, sınaq imtahanlarında isə 129 nəfər iştirak edib.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    May 2021    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31