15:08 - Ümid etmək istərdik ki, ABŞ administrasiyası tarixi səhvə yol verməyəcək - Hikmət Hacıyev
14:52 - Bu il 64 min hektara yaxın sahədə pambıq çiyidi səpilib
14:44 - Sabahın hava proqnozu açıqlanıb
14:38 - İşə qəbul zamanı sosial sığorta şəhadətnaməsi tələbi ləğv edildi
14:29 - Agentlik: Vətən müharibəsinin 700-ə yaxın qazisi işlə təmin olunub
14:20 - Sabah Bakının yolları növbəti dəfə dezinfeksiya ediləcək
14:13 - Amerikalı ekspert: "Bayden “erməni soyqırımı”nı tanımağın nəticələrinə hazır deyil"
14:00 - Dünyada ötən sutka koronavirusa 874 mindən çox yoluxma qeydə alınıb - ÜST
13:51 - Azərbaycanın əsas hədəfləri Meksika televiziyasında
13:39 - Türkiyə sahillərində zəlzələ qeydə alınıb
13:30 - Məcburi köçkünlər arasında Qarabağa qayıdışla bağlı keçirilən sorğu başa çatır
13:22 - 25 subartezian quyusunun qazılması üçün 1,75 milyon manat ayrılıb - Sərəncam
13:20 - I sinfə qəbulla bağlı Alternativ Qeydiyyat Mərkəzləri fəaliyyət göstərəcək
Naxçıvan Dövlət Universitetinin tələbələri “Ağbulaq” xizək mərkəzində təlim keçiblər-FOTO
Naxçıvan Dövlət Universiteti və Naxçıvan Gənclər Fondunun birgə təşkilatçılığı universitetin “Bədən tərbiyəsi və idman ” və “Məşqçilik” ixtisasının tələbələri “Ağbulaq” xizək mərkəzində təlim keçiblər.
NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, universitetin rektoru Elbrus İsayev “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”na əsasən universitetdə müxtəlif idman növü üzrə keçirilən məşğələlərdən danışıb. Qeyd edilib ki, muxtar respublikada yeni xizəkçilik idman növünə olana maraq nəzərə alınaraq ali təhsil ocağının “Məşqçilik” ixtisasının tələbələri üçün “Xizəkçilik” fənninin tədrisinə başlanılıb, bu istiqamətdə artıq tədris proqramları hazırlanıb. Muxtar respublikanın turizm potensialını nəzərə alaraq bu sahədə görülən işlərin gələcəkdə bu idman növü üzrə peşəkar kadrların hazırlanmasına öz töhvəsini verəcəyinə əminlik ifadə olunub. Rektor tələbələrin nəzəri biliklərin təcrübədə tətbiqi üçün keçirilən təlimin əhəmiyyətini önə çəkib və tələbələrə həm tədris, həm də asudə vaxtlarının səmərəli keçirilməsi istiqamətində uğurlar arzulayıb. Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev muxtar respublikada gənclərə və idmanın inkişafına göstərilən dövlət qayğısından və gənclərin asudə vaxtının səmərəli təşkil edilməsi məqsədilə görülən işlərdən danışıb. Bildirilib ki, Ağbulaq İstirahət Mərkəzində muxtar respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri üçün “Qış məktəbləri” də bu istiqamətdə görülən işlərə bariz nümunədir. Sonra tələbələr “Ağbulaq” xizək mərkəzində onlar üçün təşkil edilən təlimdə iştirak ediblər və mərkəzin ixtisaslı müəllimlərdən dərs alıblar. Tələbələrin təlimləri onlar üçün maraqlı və yaddaqalan olub.