SON DƏQİQƏ

naxcivanxeberleri.com

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisində hansı müddətdə qeydiyyata alınırlar?

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisində hansı müddətdə qeydiyyata alınırlar?
3-02-2021, 09:32

 Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə əsasən Azərbaycan Respublikasında 10 gündən artıq müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar (bu barədə ölkəyə daxil olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə dövlət sərhədinin buraxılış məntəqələrində Azərbaycan, rus və ingilis dillərində olan müvafiq bildiriş verilir).

Viza əsasında gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər vizada göstərilən qalma müddətinə,  viza tələb olunmayan qaydada gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər isə 90 gün müddətinə Azərbaycan Respublikasının ərazisində qeydiyyata alınırlar.

Qeyd etmək lazımdır ki, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması üçün dövlət rüsumu ödənilmir.

 

 

Sualı Naxçıvan Muxtar Respubli­ka­sı­nın İnsan Hüquqları üzrə Mü­vək­ki­linin (Ombudsmanın) əməkdaşı cavablandırır.

     

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Nisan 2021    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930