SON DƏQİQƏ

naxcivanxeberleri.com

Nazirlik: İşğaldan azad edilən ərazilərdə 87 yeni abidə aşkarlanıb

Nazirlik: İşğaldan azad edilən ərazilərdə 87 yeni abidə aşkarlanıb
28-01-2021, 14:21

“İşğaldan azad edilən ərazilərdə monitorinqlər aparmaqla oradakı abidələrimizin durumu, mədəniyyət müəssisələrinin hazırkı vəziyyətini təftiş edirik”.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bunu Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəsi vəzifəsini icra edən Azad Cəfərli deyib.

O bildirib ki, bu günə kimi 303 tarix və mədəniyyət abidəsi monitorinq edilib: “Onların əksəriyyəti tamamilə dağıdılıb. Bundan əlavə tarixilik və memarlıq xüsusiyyəti olan 87 yeni abidə aşkarlamışıq. 461 sayda mədəniyyət müssisəsi, muzey, mədəniyyət evləri, kitabxanalar təftiş olunub. Onlardan 212-si kitabxana, 199-u mədəniyyət evi olmaqla tamamilə dağıdılıb. Bu hələ bütün qeydə alınmış abidələr deyil və proses davam edir. Bu günə qədər 1 000-ə yaxın abidənin qeydiyyatı aparılıb. Onların tam əksəriyyətinin tamamilə dağıdılması Ermənistanın vandallıq siyasətindən xəbər verir. Onlar bizim mədəni irsimizi ərazidən tamamilə silmək, adibədələrin bizə məxsus olması ilə bağlı bütün faktları aradan göstürmək istəyiblər”.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Nisan 2021    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930