SON DƏQİQƏ

naxcivanxeberleri.com

Vətən Müharibəsi Memorial Kompleksinin konsepsiyasının təqdimatı olub

Vətən Müharibəsi Memorial Kompleksinin konsepsiyasının təqdimatı olub
24-01-2021, 13:20

Vətən Müharibəsi Memorial Kompleksinin konsepsiyasının təqdimat mərasimi keçirilib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, “İstiqlal Zirvəsi” adlanan layihənin konsepsiyasını memar Muxtar Ərturan hazırlayıb.

Novator Muxtar Ərturan deyib ki, Azərbaycanlı memar və türkiyəli mühəndislər tərəfindən qarşılıqlı dostluğun, "bir millət, iki dövlət"in rəmzi olacaq memorial abidə dünyada ilk olacaq. Bu Azərbaycan və Türkiyə mühəndislərinin birgə əməyidir. Nəinki səngərdə, döyuşdə, iqtisadi və ticari əlaqələrdə həmçinin memarlıq sahəsində də bir nümunə olaraq bu “Zəfər Muzeyi” gələcək nəsilə dostluğunun, qardaşlığın və birliyin, rəmzi kimi qalacaqdır. Bu, həm də memarlıq sahəsində iki dövlətin memarlarının və mühəndislərinin bir töhfəsidir”.

Milli atributlarımız olan aypara və səkkizguşəli ulduz şəkilində, ultramüasir, çoxmərtəbəli kompleksin iki girişi olacaq. Hilal formasında olan abidənin teleqüllənin qərb hissəsində inşası nəzərdə tutulub. Kompleksi eyni anda 350-500 nəfərin ziyarəti mümkün olacaq.

Memorialın birinci mərtəbəsinin atrium hissəsində dairəvi Turan Birliyini əks etdirən gerb Azərbaycan bayrağının üçrəngli simvolları ilə əhatə olunacaq. Bu simvolların üzərində Vətən müharibəsi şəhidlərinin adları fosfor tərkibli nano boya ilə yazılacaq. Yazılar öz növbəsində “ULTRA NEON Conspiracy Hologram” işıqları sayəsində işıqlandırılacaq. Simvolik gerbin üzərində hündürlüyü 30 metr olan “Stace Performance Hologram” silindr nəzərdə tutulur. Bu silindr daxilində ulu öndər Heydər Əliyev, prezidentlər İlham Əliyev və Rəcəb Təyyub Ərdoğanın 7D formatında holloqrafik təsvirləri onların seçmə çıxış nitqləri ilə müşayiət olunacaq və hər epizoddan sonra 7D formatında "Odlar yurdu"nun simvolunu əks etdirən, eyni zamanda şəhidlərimizin əbədi xatirəsinə holloqrafik məşəl (BİO) yanacaq.

Konsepsiyaya əsasən, memorial kompleksin tərkibində “Soyqırımı” adlanan otaqlar da olacaq. Burada 3D holoqram və dizaynlardan istifadə olunaraq 7D sinema muzeyi formatında “20 Yanvar”, “Xocalı” faciəsinin ən dəhşətli görüntüləri son texnologiyalardan istifadə edilməklə vizual qrafika vasitəsilə nümayiş olunacaq. Ziyarətçilər bu zallara xüsusi hərəkətli horizontal eskalatorlar vasitəsilə daxil olacaq. Hərəkətli eskalatorlar üzərində olan insanlar bir dəqiqə ərzində zaldan keçərək müasir “AR” texnologiyası sayəsində Xocalı faciəsini, 20 Yanvar qətliamını canlı olaraq izləyəcəklər.

Gələcəkdə “8 Noyabr” Zəfər marşı ilə hərbi zirehli texnikaların paradı üçün kompleksin landşaftının dairəvi formada olması nəzərdə tutulub.

Abidədə hündürlüyü 30 metr olmaqla dünyanın ən hündür “3D AR Vol Techno“ holoqramlı əbədi məşəlinin yerləşdirilməsi nəzərdə tutulur.

Konsepsiyada ulu öndər Heydər Əliyev irsinin öyrənilməsi Mərkəzi, Turan Birliyi Mərkəzi, Hərbi Sənaye Mərkəzi, 7D Sinema Zəfər Muzeyi, smart muzey, müstəqillik tariximizi və istiqlal tariximizi əks etdirən smart kitabxana, səsli və vizual görüntülərlə təchiz olunmuş müasir dünya tələblərini özündə əks etdirən rəqəmsal video-foto qalereyanın qurulması da nəzərdə tutulur.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Mart 2021    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031