SON DƏQİQƏ

naxcivanxeberleri.com

Dağ kəndlərimizdə heyvandarlığın inkişafı üçün münbit şərait var

Dağ kəndlərimizdə heyvandarlığın inkişafı üçün münbit şərait var
23-01-2021, 22:30

Bu gün özünün yeni intihab mərhələsini yaşayan muxtar respublikamızda sosial-iqtisadi inkişaf sferasında, o cümlədən kənd təsərrüfatında yüksək dinamika müşahidə olunur. İqtisadiyyatda xüsusi çəkiyə malik olan kənd təsərrüfatının inkişaf etdirilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir. Kəndli fermer təsərrüfatının təşəkkül tapması, sahibkarlıq fəaliyyətinin genişlənməsini stimullaşdıran tədbirlər getdikcə öz səmərəsini göstərməkdədir. Bu sahədə əldə olunan nailiyyətləri görmək üçün daxili bazarda ərzaq məhsullarının bolluğuna diqqət yetirmək kifayətdir. Son illər muxtar respublikamızda kənd təsərrüfatının bütün sahələrində olduğu kimi heyvandarlığın da inkişafında uğurlar əldə olunmuşdur. Bu nailiyyətlər təqdirəlayiqdir. Bu, onunla əlaqədardır ki, bölgəmizdə heyvandarlığın inkişafına dövlət səviyyəsində qayğı və diqqət göstərilir. Heyvandarlığın genişləndirilməsi, ət və süd məhsullarının artırılması üçün fermer və bu sahə ilə məşğul olan ailə təsərrüfatçılarına hərtərəfli yardım edilir. Rayonumuzda da bu sahənin inkişafına xüsusi diqqət göstərilir. Rayon ərazisinin dağ və dağətəyi kəndlərində heyvandarlığın inkişaf etdirilməsi üçün gözəl şərait və imkanlar mövcuddur. Təbii otlaqların olduğu Boyəhməd, Ləkətağ, Ərəfsə, Qazançı, Gal, Şurud, Teyvaz və digər kəndlərdə heyvandarlıq kənd adamlarının əsas məşğuliyyəti və gəlir mənbəyidir.

Öz gəlir mənbəyini heyvandarlıqla məşğul olaraq təmin edən ailə təsərrüfatçısı, Ərəfsə kənd sakini Əmirxan Nəcəfov: - Hər tərəfdən səfalı dağlarla, əvəzsiz yaylaqlarla əhatə olunan Ərəfsənin göz işlədikcə uzanan geniş örüşləri, əlverişli iqlimi və bol suyu burada qoyunçuluğun inkişafına hərtərəfli şərait yaradır. Ölkəmiz müstəqillik qazandıqdan və insanlar torpağın əsl sahibi olduqdan sonra bu kənddə də adamlar heyvandarlığın inkişaf etdirilməsini zəruri hesab edərək öz iqtisadiyyatlarını möhkəmləndirir və bu işdən əldə etdikləri gəlirlə maddi vəziyyətlərini yaxşılaşdırırlar. Son vaxtlar isə kənd təsərrüfatının bu sahəsinə camaatın marağı xeyli artıb. Əsas səbəblərdən biri bu gəlirli sahənin inkişaf etdirilməsi üçün dövlət səviyyəsində görülən məqsədyönlü tədbirlərdir. Yaxşı təsərrüfatçı kimi tanınan Əmirxan Nəcəfov onu da qeyd etdi ki, Ərəfsənin örüşləri güllü-çiçəkli olduğu üçün burada bəslənən heyvanların ət və südü öz dadı ilə fərqlənir.

Bu kənddə bəslənilən xırdabuynuzlu heyvanların yunu da başqa yerlərin yunundan keyfiyyətinə görə fərqlidir. Ərəfsənin pendirinin dadı və tamı isə çoxlarını valeh edir. Heyvandarlığın inkişafı üçün yaxşı şəraiti olan kəndlərimizdən biri də Teyvazdır. Bu işdə məhsul istehsalının artırılması ilk növbədə keyfiyyətli yem ehtiyatının yaradılmasından asılıdır. Teyvazda mal-qaranın qışlaması üçün kənd adamları kifayət qədər yem ehtiyatı toplamış, heyvanların yaza gümrah çıxması üçün lazımi tədbirləri vaxtında yerinə yetirmişlər. Kəndin ailə təsərrüfatçısı David Xəlilovla söhbətdən aydın oldu ki, onlar kənddə ət və süd məhsullarına olan tələbatlarını öz istehsalları hesabına ödəyirlər. Demək olar ki, kənd adamlarının böyük bir qismi dağlıq şəraitə uyğun daha məhsuldar cins heyvanların artırılmasına diqqət göstərir.

Kənddə heyvanlara baytarlıq xidməti də nümunəvidir. Belə ki, vaxtlı-vaxtında peyvəndlər vurulur, qoyun-quzunun sağlam böyüməsinə qayğı ilə yanaşılır. Biz dövlətimizin yaratdığı şəraitdən çox razıyıq. Bu qayğı təsərrüfat adamlarını doğma yurda bağlılığını artırır, rahat şəkildə təsərrüfat işləri ilə məşğul olmağa ruhlandırır. Bizə yaradılan şəraitə görə dövlətimizə minnətdarıq. Bazar iqtisadiyyatının prinsipləri ilə işləyən, aqrar sahəni inkişaf etdirən ailə təsərrüfatları muxtar respublikamızda ümumi daxili məhsul istehsalının artırılmasına, əhalinin keyfiyyətli ət və süd məhsulları ilə təmin olunmasına öz töhfələrini verirlər. Rayonumuzun bütün kəndlərində olduğu kimi Şurud kəndində də heyvandarlıq məhsullarının yüksəldilməsi, mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində görülən işlər artıq öz bəhrəsini verməkdədir. Şurud kənd sakini Ələmqulu Quliyev: - Rayonumuzun digər kəndlərində olduğu kimi kəndimizdə də son zamanlar heyvandarlığın inkişafına böyük maraq var.

Muxtar respublikamızda kənd əməkçilərinə göstərilən qayğı, heyvanlar arasında profilaktik tədbirlərin vaxtlı-vaxtında həyata keçirilməsi nəticəsində bizim kənddə də həm iribuynuzlu, həm də xırdabuynuzlu heyvanların sayı artıb. Yurdumuzun səfalı dağları, əvəzsiz yaylaqları, göz işlədikcə uzanan geniş örüşləri, son dərəcə əlverişli iqlimi bu yerlərdə heyvandarlığın inkişafına və yüksəkkeyfiyyətli məhsulların alınmasına zəmin yaradır. Daxili bazarda bolluq yaratmaq, keyfiyyətli ət və süd məhsulları istehsal etmək bu gün heyvandarlıqla məşğul olan ailə təssərrüfatçılarımızın əsas amalıdır. Kənd adamları yaxşı dərk edirlər ki, ölkəmizdə nə qədər bolluq yaranarsa, bir o qədər də güzəran yaxşı olar, dövlətimiz iqtisadi cəhətdən daha da güclənər.

Alim AĞAYEV

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Şubat 2021    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728