00:02 - BÜRCLƏR-28 fevral
23:34 - Türkiyədə son sutkada koronavirusdan 10 282 nəfər sağalıb
23:11 - Azərbaycan güləşçisi ermənini udub bürünc medal qazandı
22:26 - Daha iki güləşçimiz finala vəsiqə qazandı
22:12 - Haaqa şəhərində Xocalı şəhidlərinin xatirəsinə abidə ucaldıldı
21:30 - Ermənistan müxalifəti: Bütün hərbçilər Paşinyanın istefasını tələb edir
21:11 - Tailandda Xocalı soyqırımı qurbanları yad edilib
20:21 - Yerevanda müxalifət yenidən parlamentin qarşısına qayıtdı
19:42 - Paşinyan yenə baş qərargah rəisinin istefası təklifini prezidentə göndərəcək
18:45 - Naxçıvanda plastik kapsul və qapaq istehsalı sahəsinin fəaliyyəti genişləndirilir - FOTO
18:45 - Ermənistan prezidenti qərargah rəisini istefaya göndərmədi
18:38 - Naxçıvanda sahibkarlarla işgüzar tədbir keçirilib - FOTO
18:14 - Azərbaycanı dünya çempionatında təmsil edəcək idmançılar bilindi
Sədərəkdə mərasİm evinin tikintisi davam etdirilir
Muxtar respublikada aparılan quruculuq tədbirləri, nəticə etibarilə, regionun simasını əsaslı surətdə dəyişib. Şəhər, qəsəbə və kənd yaşayış məntəqələri müasirliyə qovuşub.Abad yollar, müasir memarlıq üslubunda inşa olunmuş inzibati binalar böyük bir tarixi özündə yaşadan Naxçıvana xüsusi gözəllik bəxş edib. Sədərək rayonu da bu baxımdan diqqətiçəkən bölgələrimizdən birinə çevrilib. Burada son illər aparılan genişmiqyaslı abadlıq-quruculuq tədbirləri müxtəlif sahələri əhatə edir. Yaşayış məntəqələrində inşa olunan kənd və xidmət mərkəzləri, təhsil və səhiyyə ocaqları kənd əhalisinin yaşayışına, həyat tərzinə də müsbət təsir göstərir. Hər il olduğu kimi, bu il də rayonda tikinti-quruculuq işləri davam etdirilir. Sədərək kəndində Mərasim Evi tikilir. İnşaatçılar obyekti vaxtında təhvil vermək üçün səylə çalışır, texnikanın imkanlarından geniş istifadə edirlər. Obyektdə tikinti təhlükəsizliyi qaydalarına da ciddi əməl edilir. Qeyd edək ki, inşaatçılar üçün normal iş şəraiti yaradılıb. Obyektdə yerli tikinti materiallarından istifadəyə üstünlük verilir, görülən işlər yüksək zövqlə, peşəkarlıqla və müasir memarlıq elementlərindən istifadə edilməklə yerinə yetirilir. Hazırda binanın dam örtüyü vurulur. Qeyd edək ki, rayonun ən böyük kəndi olan Sədərək kəndində tikilən bu Mərasim Evi hər biri 185 kvadratmetr olan iki mərasim zalı, qazanxana, mətbəxdən ibarət olacaq. Ümumi sahəsi 525 kvadratmetr olan Mərasim Evinin həyətində maşın parkı da salınacaq. Yeni tikilən Mərasim Evi Sədərək rayonunun sakinlərinə göstərilən dövlət qayğısının əyani ifadəsidir.