13:10 - Rusiya sülhməramlıları 25 minə yaxın partlayıcı maddə aşkarlayıb
13:00 - Gürcüstan hava sərhədlərini Azərbaycan vətəndaşları üçün açıb
12:48 - DİM bir nəfər üçün imtahan keçirib
12:37 - BTQ ilə Türkiyədən Çinə üçüncü ixrac qatarı yola salınıb
12:30 - Naxçıvan şəhəri muxtar respublikanın sənaye mərkəzidir
12:10 - “Sinhua” agentliyi Prezidentin mətbuat konfransı ilə bağlı məqalə dərc edib
12:00 - Xüsusi qayğıya ehtiyacı olan uşaqlar dövlətin diqqət mərkəzindədir
11:52 - İlin əvvəlindən Ceyhan terminalından 33 milyon bareldən çox AÇG nefti yola salınıb
11:42 - İranda Qarabağa həsr olunan konfrans başlayıb
11:30 - AZƏRTAC-ın 101 yaşı tamam olur
11:18 - III, VI və VII sinif şagirdləri üçün milli qiymətləndirmə keçiriləcək
11:08 - Bugünə kimi 1000-dən çox şəxsə vaksin vurulub - Baş həkimin müavini
11:00 - Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
10:51 - Ermənistanda koronavirusa yoluxanların sayı 172 216-ya yüksəlib
10:43 - Virusun tam qarşısını ala biləcək burun spreyi hazırlanır
2 783 şəhidin 7 127 ailə üzvünə sosial ödənişlər təyin olunub
Sosial ödənişlərin təyinatı prosesi yekunlaşmaq üzrədir
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinə Prezidentin aylıq təqaüdünün, müavinət və pensiyaların təyinatı işləri yekunlaşmaq üzrədir.
Nazirlikdən NAXCİVANXEBERLERİ.COM-a bildirilib ki, postmüharibə dövrü üzrə sosial dəstək tədbirləri çərçivəsində şəhidlərimizdən artıq 2783 nəfərin 7127 ailə üzvünə sosial ödənişlər təyin olunub.
Bu sahədə işlərin operativ şəkildə yerinə yetirilməsi məqsədilə DSMF əməkdaşları səfərbər edilib. Sosial ödəniş təyinatları üçün şəhid ailələri üzvlərindən zəruri sənədlər istənilmədən, bu sənədlər Fondun əməkdaşları tərəfindən aidiyyəti qurumlardan alınaraq toplanılmaqla sosial ödənişlər təyin olunur.
Təyinatlar elektron qaydada, proaktiv şəkildə həyata keçirilir.
Aparılmış sosal ödəniş təyinatları barədə şəhid ailələri məlumatlandırılır, bir çox hallarda onlarla ünvanlarında görüşlər keçirilərək təqaüd kartları təqdim olunur.