13:21 - Yerevanda bir gündə üç mitinq olacaq
13:10 - Rusiya sülhməramlıları 25 minə yaxın partlayıcı maddə aşkarlayıb
13:00 - Gürcüstan hava sərhədlərini Azərbaycan vətəndaşları üçün açıb
12:48 - DİM bir nəfər üçün imtahan keçirib
12:37 - BTQ ilə Türkiyədən Çinə üçüncü ixrac qatarı yola salınıb
12:30 - Naxçıvan şəhəri muxtar respublikanın sənaye mərkəzidir
12:10 - “Sinhua” agentliyi Prezidentin mətbuat konfransı ilə bağlı məqalə dərc edib
12:00 - Xüsusi qayğıya ehtiyacı olan uşaqlar dövlətin diqqət mərkəzindədir
11:52 - İlin əvvəlindən Ceyhan terminalından 33 milyon bareldən çox AÇG nefti yola salınıb
11:42 - İranda Qarabağa həsr olunan konfrans başlayıb
11:30 - AZƏRTAC-ın 101 yaşı tamam olur
11:18 - III, VI və VII sinif şagirdləri üçün milli qiymətləndirmə keçiriləcək
11:08 - Bugünə kimi 1000-dən çox şəxsə vaksin vurulub - Baş həkimin müavini
11:00 - Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
10:51 - Ermənistanda koronavirusa yoluxanların sayı 172 216-ya yüksəlib
Çənnəb kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyində maarifləndirici tədbir keçirilib
Ordubad rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin təşkilatçılığı ilə Çənnəb kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyində yanğın təhlükəsizliyi məsələləri ilə bağlı “Müəssisələrdə yanğın təhlükəsizliyi qaydalarına diqqət artırılmalıdır” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.
Fövqəladə Hallar Nazirliyininmətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, tədbirin əsas məqsədi Çənnəb kənd tam orta məktəbinin, İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin, Həkim Ambulatoriyasının, Kitabxana və Mədəniyyət evinin işçi heyətinə qaz təsərrüfatı, dəm qazının yaranmasının qarşısının alınması və yanğın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı müəyyən edilmiş qaydalar haqqında məlumat vermək olmuşdur.
Tədbiri giriş sözü ilə açan Çənnəb kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi İntiqam Quliyev bu cür maarifləndirici tədbirlərin təhsil müəssisələrində və rayon ərazisində keçirilməsinin əhəmiyyətindən danışmış və vacibliyini bir daha iştirakçıların nəzərinə çatdırmışdır.
Rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin bölmə rəisi daxili xidmət mayoru Orxan Əsərov “İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlikdə və yaşayış sahələrində yanğın təhlükəsizliyinin təşkili diqqət mərkəzində saxlanılır. Qaz və elektrik təsərrüfatından istifadə zamanı yanğın təhlükəsizliyi qaydaları və dəm qazından zəhərlənmə hallarının baş vermə səbəbləri və onun qarşısının alınması” mövzusunda məlumat verib.
Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin inspektoru, daxili xidmət baş leytenantı Ağahüseyn Məmmədov yaşayış sahələrində baş verən yanğınların səbəbləri, yanğın təhlükəsizliyi qaydaları, yanğına səbəb olan amillər haqqında dinləyicilərə məlumat vermişdir.
Dövlət Yanğın Nəzarəti Bölməsinin baş inspektoru, daxili xidmət kapitanı Həsən Cəfərov ilkin yanğınsöndürmə vasitələri, tərkibi, təyinatı və istifadə qaydaları haqqında dinləyicilərə məlumat vermişdir.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.