23:34 - Türkiyədə son sutkada koronavirusdan 10 282 nəfər sağalıb
23:11 - Azərbaycan güləşçisi ermənini udub bürünc medal qazandı
22:26 - Daha iki güləşçimiz finala vəsiqə qazandı
22:12 - Haaqa şəhərində Xocalı şəhidlərinin xatirəsinə abidə ucaldıldı
21:30 - Ermənistan müxalifəti: Bütün hərbçilər Paşinyanın istefasını tələb edir
21:11 - Tailandda Xocalı soyqırımı qurbanları yad edilib
20:21 - Yerevanda müxalifət yenidən parlamentin qarşısına qayıtdı
19:42 - Paşinyan yenə baş qərargah rəisinin istefası təklifini prezidentə göndərəcək
18:45 - Naxçıvanda plastik kapsul və qapaq istehsalı sahəsinin fəaliyyəti genişləndirilir - FOTO
18:45 - Ermənistan prezidenti qərargah rəisini istefaya göndərmədi
18:38 - Naxçıvanda sahibkarlarla işgüzar tədbir keçirilib - FOTO
18:14 - Azərbaycanı dünya çempionatında təmsil edəcək idmançılar bilindi
Görmə məhdudiyyətli şəxslərin iştirakı ilə oxunması zəruri olan kitabların müzakirəsi keçirilib
Sosial-iqtisadi həyatın bütün sahələrində tərəqqi və inkişafın geniş vüsət aldığı muxtar respublikada əlilliyi olan şəxslərin sosial müdafiəsi, onların tibbi reabilitasiyası, layiqli həyat şəraitinin təmin edilməsi istiqamətində tədbirlərin icrası daim diqqət mərkəzində saxlanılır.
Nazirlikdən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, əlilliyi olan şəxslərin müvafiq texniki-bərpa vasitələri və protez-ortopedik məmulatlarla təmin edilməsi, tənha yaşayan, başqasının köməyinə ehtiyacı olanlara evlərdə sosial-məişət xidmətinin göstərilməsi, fərdi məşğulluğunun və asudə vaxtlarının səmərəli təşkili bu kateqoriyadan olan sakinlərin həyat səviyyələrini yüksəltməklə yanaşı, onların həyatın bütün sahələrində fərdi qabiliyyətlərinə uyğun fəaliyyət göstərmələrinə geniş imkanlar yaradıb. Muxtar respublikamızda bu məqsədlə son illərdə infrastruktur daha da təkmilləşdirilir, mövcud reabilitasiya mərkəzləri müasir avadanlıqlarla təchiz olunur. Əlilliyi olan şəxslərin informasiya texnologiyaları vasitəsilə, sosial reablitasiyasını həyata keçirən Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Regional İnformasiya Mərkəzi də müasir texnologiyalarla təchiz olunub və müəssisədə təyinatına uyğun bütün xidmətlərin göstərilməsi üçün zəruri şərait yaradılıb. Həmçinin, mərkəzdə Azərbaycan Respublikasında ilk dəfə olaraq görmə və eşitmə qabiliyyəti məhdud şəxslər üçün audio və elektron kitabxana xidməti yaradılıb və müvafiq kateqoriyadan olan şəxslərin istifadəsinə verilib. Bu xidmət vasitəsilə müvafiq kateqoriyadan olan şəxslər 258 qısa nömrəsi ilə əlaqə saxlamaqla, audiokitabları dinləyə bilirlər. 24 saat ərzində fəaliyyət göstərən proqramda 11 oxunması zəruri olan kitab və 1455 audio əsər yerləşdirilib. Bu gün isə ilk dəfə olaraq, sözügedən xidmətin aktiv isitifadəçiləri arasında oxunması zəruri olan kitablardan C.Məmmədquluzadənin hekayələrinin müzakirəsi keçirilib. Müzakirə iştirakçıları əsəri yüksək qiymətləndirib, bu barədə təsüratlarını bölüşüblər. Qeyd edək ki, tədbirin keçirilməsində əsas məqsəd görmə məhdudiyyətli şəxslərin asudə vaxtlarının səmərəli təşkili, onlar arasında 258 xidmətinə marağın artırılmasından ibarətdir.