SON DƏQİQƏ

naxcivanxeberleri.com

Ordubad rayonunda reydlər davam etdirilir

Ordubad rayonunda reydlər davam etdirilir
23-01-2021, 10:08

Ordubad rayon ərazisində və kənd yaşayış məntəqələrində qış mövsümü ərzində yanğın, partlayış və dəm qazından zəhərlənmə kimi xoşagəlməz hadisələrin qarşısını almaq məqsədi ilə mütəmadi olaraq reydlər keçirilir.

Fövqəladə Hallar Nazirliyininmətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, reydlərin keçirilməsində əsas məqsəd isə yaşayış məntəqələrində quraşdırılmış qaz təsərrüfatının düzgünlüyünə nəzarət etmək, quraşdırılmış qaz borularında qaz sızmalarının qarşısını almaq, ən vacibi isə əsasən mətbəxlərdə quraşdırılan suqızdırıcı cihazların düzgün istismar və istifadə qaydalarına nəzarəti həyata keçirməkdir. Bu məqsədlə Ordubad rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin Dövlət Yanğın Nəzarəti Bölməsinin baş inspektoru daxili xidmət kapitanı Həsən Cəfərov dəm qazı və təbii qaz sızmasını təyin edən xüsusi cihazlarla reyd keçiriblər.

 

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Şubat 2021    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728