14:00 - "Facebook Messenger"in işində problemlər yaranıb
13:50 - Dünyada koronavirusa yoluxanların son statistikası
13:40 - “WhatsApp” bəzi smartfonlarda işləməyəcək
13:30 - ABŞ və Yaponiya arasında Çinlə bağlı görüş keçiriləcək
13:21 - Azərbaycanda qızıl ucuzlaşıb
13:12 - Azərbaycanda 183 minə yaxın fermer payızlıq əkinlərə görə subsidiya alıb
13:00 - Azərbaycan nefti bahalaşmaqda davam edir
12:45 - Türkiyə iki şirkətin neft-qaz kəşfiyyatı üzrə lisenziyasını uzadıb
12:37 - Qubadlı və Cəbrayılda silah-sursat aşkarlandı
12:30 - Bir ananın monoloqu...
12:18 - Cəza çəkən şəxslərin qəbul imtahanlarında iştirakı təklif edilir
12:09 - Müalicə üçün Azərbaycandan İrana səfər qaydaları açıqlanıb
11:49 - Pensiya yaşına çatanlarla bağlı TƏKLİF
11:42 - Azərbaycanda peyvənd olunanların sayı 400 mini ötüb
11:30 - Çempionlar Turu: Rəcəbov və Məmmədyarov iştirakçılar sırasında - SİYAHI
Məzarlarda qızıl dişlər axtaran ermənilər bütün qəbirləri dağıdıblar -FOTO
Ermənilər azərbaycanlıların yaşadığı tarixi torpaqları işğalı zamanı maddi və milli-mənəvi abidələri talan edib.
NAXCİVANXEBERLERİ.COM Trend-ə istinadən xəbər verir ki, Zəngilan şəhərində olan məzarlıq tamamilə dağıdılıb. Ağzında qızıl dişi olduğu ehtimal olunan qəbirlər sökülərək, içindəki meyitlər çıxarılıb. Ermənilər eyni zamanda bütün məzarlıqda olan ağ və qara mərmər qəbir daşlarını da söküb aparıblar.
Qeyd edək ki, Zəngilan rayonu ərazisinə bir şəhər, 6 qəsəbə, 78 kənd daxildir. Zəngilan rayonu 29 oktyabr 1993-cü ildə təcavüzkar Ermənistan tərəfindən işğal olunub. Zəngilan şəhərində XVII – XVIII əsrlərdə Səfəvilər dövründə tikilməsi güman edilən məsciddə dağıdılıb. Onun ölçüləri 12 x 20 m. idi. İçərisində mehrab və taxça var idi. Tikintidə əsasən yerli əhəng daşından istifadə olunmuşdur. Divarlar üzlənməmişdir. Rayonun Bartaz, Sobu, Baharlı, Qıraq Müşlan, Malatkeşin-Şəfibəyli kəndlərində, Mincivan qəsəbəsində də məscidlər olub.