SON DƏQİQƏ

naxcivanxeberleri.com

Əməkdar jurnalist gənc oxucularla görüşüb

Əməkdar jurnalist gənc oxucularla görüşüb
23-01-2021, 09:21

Azərbaycan Respublikasının Əməkdar jurnalisti Mətanət Məmmədovanın ötən il milli mətbuatımızın 145 illik yubileyi münasibətilə işıq üzü görən “Naxçıvanın publisistik xəritəsi” kitabının gənc oxucular arasında müzakirəsi təşkil olunub. Bu münasibətlə Gənclər Mərkəzində keçirilən tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev açaraq müstəqillik illərində ölkəmizdə, eləcə də muxtar respublikamızda həyata keçirilən uğurlu gənc­lər siyasətindən ətraflı söhbət açıb.

Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov ötən il noyabrın 21-də keçirilən Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Siyasi Şurasının iclasında gənc­lərin siyasi cəhətdən düzgün formalaşdırılması, partiya sıralarındakı nümunəvi gənclərin fəaliyyətinin təbliğ olunması və görüşlərin keçirilməsi, muxtar respublikada nəşr olunmuş kitablardan, xüsusilə də AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevin “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi və mədəni inkişafı”, Ali Məclis Aparatının əməkdaşı, Əməkdar jurnalist Mətanət Məmmədovanın “Naxçıvanın publisistik xəritəsi” və Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri Sahil Tahirlinin “Yaratmaq amalı” kitablarının gənclərin vətənpərvərlik tərbiyəsində əsas mənbə kimi istifadə olunması barədə tapşı­rıqlar verib. Həmin tapşırıqların icrasına uyğun olaraq “Naxçıvanın publisistik xəritəsi” kitabının gənclər arasında müzakirəsi keçirilir.
Kitabın müəllifi, Əməkdar jurnalist Mətanət Məmmədova Ali Məclis Sədrinin Naxçıvan Dövlət Universitetinin Jurnalistika ixtisasında dərs vəsaiti kimi tədris olunmasını tövsiyə etdiyi “Naxçıvanın publisistik xəritəsi” kitabının ərsəyə gəlmə prosesindən geniş bəhs edib. Müəllif kitabda yer alan məqalələrdən yola çıxaraq blokadanın çətin, amansız, acı xatirələrinin yaşandığı gənclik illərini yada salıb, 30 il bundan öncə muxtar respublikada insanları mənəvi və maddi iztiraba sürükləyən elektrik enerjisinin yoxluğunu, saatlarla uzanan çörək növbələrini, evlərdə, həyətlərdə, küçələrdə, iaşə obyektlərində, məktəblərdə, mədəniyyət ocaqlarında hökm sürən antisanitariya hallarını, şəraitsizliyi ürək yanğısı ilə diqqətə çatdırıb. Bugünkü inkişafın, tərəqqinin ulu öndərin əsasını qoyduğu siyasi xəttə sadiqliyin sayəsində, illərin çəkilən zəhməti hesabına mümkün olduğunu vurğulayan Mətanət Məmmədova çıraq işığından enerji ixrac edən, çörək qıtlığından ərzaq təhlükəsizliyi təmin olunan, 0,2 faiz yaşıllıq ərazisindən 20 faizədək artaraq abadlıq diyarına çevrilən, blokadalı inkişaf tarixi yazan muxtar respublikanın yüksəliş yolunu yaşadığı hadisələrin timsalında faktlarla ətraflı şərh edib.
Qeyd edilib ki, 11 fəsildən ibarət kitabda yer alan araşdırma xarakterli yazılarda, məqalələrdə, oçerklərdə, müsahibələrdə blokadanın çətin dövründə Ali Məclisin Sədri seçilən cənab Vasif Talıbovun rəhbərliyi ilə muxtar respublikada aparılan uğurlu siyasət nəticəsində qısa zamanda böyük dönüş yaradılması, hər addımda hökm sürən inkişaf, tərəqqi, diyarımızın qədimliyi ilə müasirliyinin vəhdəti, blokadanın dünəni ilə bu günü hər incə detalınadək bədii-publisistik dillə oxucuya çatdırılır.
Fəal gənc Rəhim Novruzov çıxışında “Naxçıvanın publisistik xəritəsi” kitabında yer alan məqalələrin gənclərin vətənpərvərlik ruhunda böyüməsində, tariximizin, mədəniyyətimizin öyrənilməsində böyük əhəmiyyət daşıdığını vurğulayıb, tədbir iştirakçıları adından görüşün keçirilməsinə, kitabın müzakirəsinə görə minnətdarlıq edib.
Səmimi şəraitdə, diskussiya şəklində davam edən tədbirin sonunda fəallıq göstərən bir qrup gənc oxucuya “Naxçıvanın publisistik xəritəsi” kitabı hədiyyə olunub.

 Nail ƏSGƏROV

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Mart 2021    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031