SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyində Kollegiya iclası keçirilib-FOTO

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyində Kollegiya iclası keçirilib-FOTO
22-01-2021, 16:42

Kollegiya iclasında çıxış edən Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar naziri general-leytenant Şamı Abdullayev qeyd edib ki, muxtar respublikada fövqəladə hallara hazırlıq sahəsində qarşıya qoyulmuş vəzifələr 2020-ci ildə yerinə yetirilib.


Nazirliyin mətbuat xidmətindən NAXCİVANXEBERLRİ.COM-a verilən məlumata görə, Nazirliyin Mülki müdafiə alayında və Dövlət Yаnğın Təhlükəsizliyi İdаrəsinin 6 şöbəsində taktiki-xüsusi təlim keçirilib. 2020-ci tədris ilinin “Uzlaşma planı”na uyğun olaraq Mülki müdаfiə аlаyının və Хüsusi Riskli Хilаsеtmə Хidmətinin xilasediciləri “Qar uçqunlarında xilasetmə işlərinin aparılması” təlimində, avqust-sentyabr ayları ərzində Əlahiddə Ümumqoşun Ordunun Türkiyə Silahlı Qüvvələri ilə birgə keçirilən “Sarsılmaz qardaşlıq-2020” taktiki təlimində iştirak edərək təcrübə qazanmışdır.

Struktur qurumlаrın ixtisaslı kadrlarla kоmplеktləşdirilməsi cari ildə davam etdirilərək 36 nəfər xidmətə qəbul olunub, Naxçıvan Muxtar Respublikası Fövqəlаdə Hаllаr Nаzirliyi ümumi şəхsi hеyətlə 68,70% komplektləşdirilmişdir. Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramı münasibətilə 3 nəfər əməkdaş dövlət mükafatı ilə 15 nəfər əməkdaş “Rəşadətli əməyə görə” nişanı ilə təltif edilmişdir.

Cari ildə Nazirliyin maddi-texniki bazası gücləndirilərək 9 ədəd xüsusi təyinatlı və avtonəqliyyat vasitəsi, 63 adda müxtəlif təyinatlı avadanlıq və tibbi çadır alınıb gətirimiş, həmçinin Cənab Ali Məclisi Sədrinin diqqət və qayğısı nəticəsində muxtar respublika ərazisində enerji təhlükəsizliyinin təmin olunması və müasir tələblər səviyyəsində qurulması məqsədilə 2 ədəd “İsuzu” markalı səyyar işıqlandırma avtomobili, su hövzələrində xilasetmə işlərinin səmərəliliyinin artırılması məqsədilə “Yamaha” markalı skuter Mülki müdafiə alayına təhvil verilmişdir. Yanğınsöndürən və xilasediciləri üçün 46 dəst xüsusi geyim forması və müxtəlif diametrli 800 metr yanğın şlanqı alınmışdır. Culfa rаyоn şöbəsinin yеni inzibаti binаsı və tеxniki qаrаjlаrında əsaslı yenidənqurma işləri aparılaraq şəxsi hеyətin istifаdəsinə vеrilmişdir. Həmçinin Mülki müdafiə alayında əsaslı təmir və yenidənqurma işləri aparılmış, istilik, su, kanalizasiya və elektrik sistemləri yenilənmiş, yaşayış və qeyri yaşayış binalarının dam örtükləri təmir olunaraq yenidən boyanmış, sıra meydanlarına asfalt örtüyü salınmış, ərazidə səki daşları əvəzlənmiş, yaşıllıq zolaqlarındakı ağaclar dəyişdirilmiş, gül kolları əkilmişdir. Ərzaq anbarı və mətbəx yenidən təmir olunaraq ən müasir mətbəx avadanlıqları və havalandırma sistemi ilə təchiz olunmuş, əsgər yataqxanası və yeməkxanasında istilik sistemi yenidən qurulmuş, məişət otağı müasir tələblər səviyyəsinə gətirilmişdir. Səfərbərlik ehtiyatı və əşya anbarının beton döşəməsi yenilənmiş və müasir metal konstruksiyalı rəflər yığılmışdır.

Muxtar respublikada yanğın təhlükəsizliyinin etibarlı təmin edilməsi məqsədilə yoxlamalar, 480 obyektdə 14 min 472 nəfərin iştirakı ilə maarifləndirici tədbir keçirilib. Reydlər zamanı qeyri-standart 421 ədəd elektrik, 1132 ədəd şlanqla çəkilmiş qaz xətti və 134 ədəd qazla işləyən nasaz su qızdırıcının istismarı dayandırılıb. Ot-taxıl biçini dövründə144 kombayn, 12 un dəyirmanı və 2 yem anbarı yanğına qarşı yoxlanılıb.

2020-2021-ci illərin payız-qış mövsümünə hazırlıqla 776 ədəd qazanxananın texniki və yanğın təhlükəsizliyi vəziyyəti yoxlanılıb, 371 nəfər mövsümi işçi ocaqçı-maşinist kurslarına cəlb olunub. 912 obyektin yanğından icbari sığortalanması təmin edilib.

Mülki müdafiə işinin təşkili ilə bağlı 324 obyektdə yoxlama aparılıb, 21 obyektdə kompleks mülki müdafiə, taktiki-xüsusi təlimlər, əməli məşğələ, konfrans və əməli tədbirlər keçirilib. 612 obyektdə 23 min 43 nəfərin iştirаkı ilə mааrifləndirici tədbir keçirilmiş, 2 metodiki vəsait işlənib hazırlanmışdır. 2019-cu illə müqayisədə maarifləndirici tədbirlər 9,3% artmışdır.

Hesabat dövründə 8 yаşаyış binаsının zirzəmisi təmir olunub.

Vurğulanıb ki, hesabat dövründə 412 texnoloji nəqliyyat vasitəsi texniki baxışdan keçirilib, 123 texnoloji nəqliyyat vasitəsi, 13 qurğu dövlət reyestrində qeydiyyata alınıb, 340 qurğu sertifikatla təmin edilib.

Hesabat dövründə 91 tikinti obyektində yoxlama nəzarət funksiyaları həyata keçirilib, 47 sayda obyektin ərazisində geoloji-kəşfiyyat quyuları qazılmış, götürülmüş 157 sayda qrunt nümunəsinin fiziki-mexaniki xüsusiyyətləri araşdırılmış, 128 sayda tikinti materialları nümunələri sınaqdan keçirilmişdir. 39 obyektin layihə sənədlərinə rəy verilmişdir.

Mülki müdafiə alayında Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsinin armatur sınağı laboratoriyası qurulmuşdur.

Əhali arasında dəm qazından zəhərlənmələrin qarşısını almaq məqsədilə ictimai yaşayış binalarının 517 mənzilində tüstü bacaları təmizlənmiş və ətrafı metal torla bağlanmışdır.

Muxtar respublikada koronavirus pandemiyası ilə mübarizə tədbirlərinə Nazirliyin şəxsi heyəti cəlb edilərək ümumilikdə 25 milyon kvadratmetrdən artıq sahədə küçələr, yollar və səkilər, ictimai yaşayış binalarının zirzəmisi, girişləri və ətrafı dezinfeksiya olunmuşdur.

Məruzə ətrafında çıxışlar olub.

Fövqəladə Hallar naziri Şamı Abdullayev kollegiya iclasına yekun vuraraq işdə buraxılan nöqsanlardan və qarşıda duran vəzifələrdən bəhs edib. Sonda nazirliyin 2021-ci il üçün iş planı kollegiyanın qərarı ilə təsdiq olunub.

 

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Mart 2021    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031