13:10 - Rusiya sülhməramlıları 25 minə yaxın partlayıcı maddə aşkarlayıb
13:00 - Gürcüstan hava sərhədlərini Azərbaycan vətəndaşları üçün açıb
12:48 - DİM bir nəfər üçün imtahan keçirib
12:37 - BTQ ilə Türkiyədən Çinə üçüncü ixrac qatarı yola salınıb
12:30 - Naxçıvan şəhəri muxtar respublikanın sənaye mərkəzidir
12:10 - “Sinhua” agentliyi Prezidentin mətbuat konfransı ilə bağlı məqalə dərc edib
12:00 - Xüsusi qayğıya ehtiyacı olan uşaqlar dövlətin diqqət mərkəzindədir
11:52 - İlin əvvəlindən Ceyhan terminalından 33 milyon bareldən çox AÇG nefti yola salınıb
11:42 - İranda Qarabağa həsr olunan konfrans başlayıb
11:30 - AZƏRTAC-ın 101 yaşı tamam olur
11:18 - III, VI və VII sinif şagirdləri üçün milli qiymətləndirmə keçiriləcək
11:08 - Bugünə kimi 1000-dən çox şəxsə vaksin vurulub - Baş həkimin müavini
11:00 - Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
10:51 - Ermənistanda koronavirusa yoluxanların sayı 172 216-ya yüksəlib
10:43 - Virusun tam qarşısını ala biləcək burun spreyi hazırlanır
Naxçıvan Bölməsinin Elmi Kitabxanasında yeni virtual sərgi təşkil olunub
AMEA Naxçıvan Bölməsinin Elmi Kitabxanasında bölmə əməkdaşlarının 2020-ci il ərzindəki fəaliyyətini əhatə edən əsərlərindən ibarət sərgi virtual rejimdə oxuculara təqdim olunub.
AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə,“Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi - 2020” adlı sərgidə “Нахчыван в истории государственности Азербайджана”, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi və mədəni inkişafı”, “Professor Yusif Seyidovun elmi irsində yazıçı və dil məsələləri (XX əsrədək)”, “Cəhrili alimlər”, “Nağı Nağıyev: taleyi və sənəti”, “Qədim Culfa”, “Unudulmuş yazıçı Ələkbər Qərib Naxçıvanlı”, “Əli Səbri Qasımov: ömür yolu və yaradıcılığı”, “Əlincəçay mahalının epiqrafik abidələri”, “Milli yaddaşın məhək daşı: Xalq şairi Məmməd Araz”, “Naxçıvan teatrında rejissor sənəti”, “Azərbaycan faunasının taksonomik spektri (Onurğalılar)”, “Qısa kimya ensiklopediyası” və digər kitab, monoqrafiyaların elektron versiyaları nümayiş olunur. Burada həmçinin bölmənin dövrü nəşrləri olan “Elmi əsərlər” və “Axtarışlar” jurnallarının elektron versiyaları da yerləşdirilib.
Naxçıvan Bölməsində il ərzində keçirilən tədbirləri, eləcə də gənc nəsildə elmə marağın artırılması üçün görülən işləri, qazanılmış nailiyyətləri əks etdirən fotoşəkillər də nümayiş olunan materiallar sırasındadır. Sərginin hazırlanmasında əsas məqsəd dövriyyəyə yeni daxil olmuş əsərləri geniş oxucu kütləsinə təqdim etməkdir.
Sərgi ilə buradan tanış ola bilərsiniz:
https://docs.google.com/presentation/d/1SsGxgVj1D50LSMIRqEd0I96n5bzoga0PmY_AJAGyJiw/mobilepresent#slide=id.gb4f7d76c20_0_260