SON DƏQİQƏ

naxcivanxeberleri.com

Bakıya ilk qar yağdı

Bakıya ilk qar yağdı
21-01-2021, 09:41

Bu gün Bakıya builki qış fəslinin ilk qarı yağıb.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, ötən gecədən başlayan sulu qar sonradan qara çevrilib. Havanın temperaturu çox aşağı olmasa da, paytaxt sakinləri uzun zamandan sonra qışı hiss edə biliblər.

Qar daha çox Yasamal, Nizami və Xətai rayonlarına düşüb. Qarlı hava səbəbindən sözügedən ərazilərdə avtomobillər arasında sıxlıq müşahidə olunur.

Xatırladaq ki, Milli Hidrometeorologiya Xidmətindən Bakıda və Abşeron yarımadasında yanvarın 19-u axşamdan başlayaraq 21-i axşamadək hava şəraitinin dəyişəcəyi, arabir yağıntılı olacağı, bəzi yerlərdə yağışın sulu qara və qara keçəcəyi bildirilmişdi.

Şimal-qərb küləyi 15-20 m/s, arabir 23-28 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə aşağı enəcək. 21-22-də gecə saatlarında yolların buz bağlayacağı ehtimal olunur.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Mart 2021    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031