00:30 - Günün qoroskopu
23:35 - Rəcəb Tayyib Ərdoğan Emmanuel Makronla danışıqlar aparıb
23:13 - “Eurovision-2021” məhdud səviyyədə keçiriləcək
23:12 - “1 mart-Ümumdünya Mülki Müdafiə günü” ilə bağlı təlim keçirilib
22:39 - Birinci vitse-prezident Mehriban Əliyeva Od çərşənbəsi münasibətilə xalqımızı təbrik edib
21:30 - Azad edilmiş ərazilərdə torpaq sahələrinin inventarlaşdırılması başa çatıb
20:30 - "Android" Azərbaycanın əməliyyat sistemi bazarında liderdir
20:15 - Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin 50 illik yubileyi keçiriləcək - SƏRƏNCAM
19:30 - “Eurovision-2021” məhdud səviyyədə keçiriləcək
19:24 - Füzuli rayonunun Üçbulaq kəndi
18:13 - Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması barədə sərəncam verildi
17:59 - Beynəlxalq Qoşulmama Hərəkatı Modeli Simulyasiya Məşğələsi keçirilir - XİN
17:30 - Azərbaycan iqtisadi azadlığa görə Avropa ölkələri arasında birinci olub
Akademik İsmayıl Hacıyevin 70 illik yubileyi münasibətilə virtual sərgi təşkil olunub
Azərbaycan tarixi və ictimai fikrinin tədqiqi və təbliğində böyük xidmətləri olan görkəmli şəxsiyyət, böyük alim, AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev Azərbaycanın, onun ayrılmaz tərkib hissəsi olan Naxçıvanın yeni dövr tarixşünaslığında özünəməxsus yer tutan, Azərbaycan dövlətçiliyinin Naxçıvan məktəbinin tədqiqində xüsusi xidmətləri olan alimdir. Onun tədqiqatlarında Naxçıvan Muxtar Respublikasının tarixi, keçdiyi kəşməkəşli inkişaf yolu bütün yönləri ilə əsaslı şəkildə araşdırılmışdır.
AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə,yanvarın 21-də görkəmli alim, akademik İsmayıl Hacıyevin 70 yaşı tamam olur. Bu münasibətlə AMEA Naxçıvan Bölməsi Elmi Kitabxanası tərəfindən hazırlanan sərgi virtual rejimdə oxuculara təqdim olunub. Virtual sərgidə akademikin fəaliyyəti ilə bağlı rəsmi sənədlər, fotolar, elmi redaktoru, tərtibçisi olduğu kitabları, müxtəlif jurnal və qəzetlərdə dərc olunan məqalələri, həmçinin haqqında yazılan məqalələr nümayiş olunur. “Naxçıvan Azərbaycanın dövlətçilik tarixində”, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi və mədəni inkişafı”, “Mustafa Kamal Atatürk və Naxçıvan”, “Heydər Əliyev siyasəti tarixdə və günümüzdə”, “Naxçıvan tarixinə dair qaynaqlar”, “Naxçıvan Muxtar Respublikası müstəqillik illərində”, “Территориальные притязания и кровавые преступления армян против Азербайджана”, “Böyük güclərin Azərbaycanla bağlı geosiyasi maraqlarında Naxçıvanın yeri”, “Tarihte ve günümüzde Nahçıvan”, “Naxçıvanlı diplomatlar”, “Ermənilərin Azərbaycana qarşı ərazi iddiaları və qanlı cinayətləri”, “Azərbaycan Xalq Cümhuriyyəti və Naxçıvan” və başqa kitablar sərgidə nümayiş olunan resurslar sırasındadır.
Sərgi ilə aşağıdakı linkə daxil olaraq tanış ola bilərsiniz: