SON DƏQİQƏ

00:06 - Günün qoroskopu

23:47 - Azərbaycan karateçisi ermənini məğlub edərək qızıl medal qazanıb

23:19 - Böyrəkləri təmizləyən ən təbii müalicə üsulları

22:47 - Şahbuz Rayon Uşaq Musiqi Məktəbində dəyirmi masa keçirilib

22:30 - “Əsrin müqaviləsi”nin 25-ci ildönümü münasibətilə konsert keçirilib

22:08 - 349 müəllimin qatılacağı stajkeçmə xidməti keçiriləcək

21:46 - ABŞ kosmosa silah yerləşdirir

21:24 - Cahan Holdinq Kommersiya şirkətləri ittifaqının Naxçıvan Avtomobil Zavodu yeni sorğu kompaniyayasına start verib

21:09 - Dövlət başçısı: "Bu gün Azərbaycanın neft-qaz sektoru öz yeni inkişaf dövrünü yaşayır"

20:59 - Prezident İlham Əliyev “Əsrin müqaviləsi”nin 25 illiyi və Neftçilər Günü münasibətilə keçirilən mərasimdə iştirak edib - YENİLƏNİB-3

20:32 - Naxçıvanda ictimai nəqliyyatda fəaliyyət göstərən avtobus və mikroavtobuslar payız-qış mövsümünə hazırlıqla bağlı texniki müayinə edilir

20:32 - Naxçıvanda ictimai nəqliyyatda fəaliyyət göstərən avtobus və mikroavtobuslar payız-qış mövsümünə hazırlıqla bağlı texniki müayinə edilir

20:13 - Şahbuz Rayon İcra Hakimiyyəti tərəfindən bağlardan toplanan alma rayon ərazisindəki hərbi hissəyə təhvil verilib

19:51 - Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Sabir Məmədovun fərdi yaradıcılıq sərgisi açılıb - FOTO

19:39 - Maykl Pompeo Prezident İlham Əliyevi təbrik edib

naxcivanxeberleri.com

Ağbulaqda ekoloji tədbirlər həyata keçirilir-HESABAT

Ağbulaqda ekoloji tədbirlər həyata keçirilir-HESABAT
15-12-2018, 13:23

Naxçıvan Muxtar Respublikası Ali Məclis Sədrinin “Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinin yaradılması haqqında” 2018-ci il 29 noyabr tarixli Sərəncamının icrası ilə əlaqədar həmin ərazilərdə təbiətin qorunması və yaşıllıq sahələrinin genişləndirilməsi sahəsində fəaliyyətin təşkili məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən tədbirlər planı hazırlanıb.

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, tədbirlər planında təbiətin qorunması üçün mühafizə işlərinin gücləndirilməsi, bu sahədə ekoloji təbliğat və maarifləndirmə işlərinin görülməsi, həmin coğrafi ərazilərdə təbii-iqlim xüsusiyyətlərinə uyğun ağac, kol bitkilərinin, üzüm bağlarının salınması üçün toxumla və tinglə əkin aparılması nəzərdə tutulur.

Ötən müddət ərzində bu sahədə fəaliyyət davam etdirilib. Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsi ərazisindəki təpəliklərdə 30 hektara yaxın sahədə əraziyə xas olan ağac və kolların (yemişan, həmərsin, badamça, cəviz, badam və sair) toxum və tingləri vasitəsilə əkin işləri aparılıb, yaşıllıq zolaqları salınıb.

Bundan başqa, nazirlik əməkdaşları yerli icra hakimiyyəti orqanları ilə birlikdə Ağbulaq kəndində maarifləndirici söhbətlər aparıb. Həmin ərazilərdə ətraf mühitin, təbiətin qorunması, xüsusilə tullantılarla çirkləndirilməsinin qarşısının alınması məqsədilə mühafizə reydləri təşkil edilib.

Yaşayış məntəqəsinin ərazisində kommunal xidmətlərin yüksək təşkili, yerli sakinlərin vətəndaş mövqeyi və müasir infrastruktur quruculuğu bu sahədə qarşıya qoyulmuş məqsədlərə çatmağa imkan yaradır.

Zeynəb Hüseynzadə

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30