SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycanda bir dəqiqəlik sükut olub

Azərbaycanda bir dəqiqəlik sükut olub
20-01-2021, 11:55

Bu gün saat 12:00-da 20 Yanvar faciəsinin 31-ci ildönümü münasibəti ilə əlaqədar Azərbaycanın bütün ərazisində bir dəqiqəlik sükut olub.

NAXCİVANXEBERLERİ.COM-un xəbərinə görə, Bakı Dəniz Limanına yan alan gəmilər və paytaxt yollarında hərəkət edən avtomobillər səs siqnalları verib, Azərbaycan xalqının başına gətirilən faciəni hər kəs anıb.

Qeyd edək ki, bu gün Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzi olan 1990-cı il 20 Yanvar hadisələrindən 31 il ötür.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet dövlətinin hərb maşını həm quru, həm də dəniz yolu ilə Bakı şəhərinə həmlə edərək görünməmiş qəddarlıqla keçirilən cəza tədbirlərinə imza atıb. Bu hadisə nəticəsində heç bir günahı olmayan 133 dinc sakin öldürülüb, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs olunub. Həlak olanlar arasında yetkinlik yaşına çatmayanlar, qadınlar və qocalar da var idi. SSRİ Prezidenti Mixail Qorbaçovun göstərişi ilə Sovet Ordusunun həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixinə qara hərflərlə yazılıb.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Mart 2021    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031