00:30 - Günün qoroskopu
23:30 - İnstaqramda yeni funksiya yaradılır
22:41 - Türkiyənin bəzi vilayətlərində komendant saatı ləğv olunub
22:28 - Aleksandr Lukaşenko oğlunu vəzifədən azad etdi
21:40 - Özbəkistanda koronavirusa qarşı ilk peyvənd qeydə alınıb
21:07 - Təhsil Nazirliyinə birbaşa tabe məktəblərin şagirdləri arasında dram müsabiqəsi keçirilib-FOTO
20:32 - Paşinyan Ermənistanın sabiq prezidentini ordunu onun üzərinə qaldırmaqda ittiham edib
19:56 - Mövsüm mərasimlərindən ikinci ilaxır çərşənbə – Torpaq çərşənbəsi
19:48 - "Google Chrome" Azərbaycan internet bazarında liderliyini davam etdirir
19:39 - Azərbaycanda zəlzələ olub
18:55 - Ceyhun Bayramov Özbəkistan səfiri ilə görüşüb
18:41 - Milyonlarla VPN istifadəçilərinin məlumatları internetə sızıb
Ermənilər Vaqifin muzey-məqbərə kompleksini məhv ediblər - Monitorinqin nəticələri açıqlandı
Şuşa şəhərində Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin binası və burada sərgilənən onlarla eksponat məhv edilib.
NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, “Azərbərpa Elmi-Tədqiqat Layihə İnstitutu”ndan verilən məlumata görə, erməni vandalizminə məruz qalan tarixi abidələrimizdən biri də Molla Pənah Vaqifin muzey-məqbərə kompleksidir. Kompleks Şuşa şəhərinin ən səfalı yeri olan Cıdır düzünə yaxın bir ərazidə - dahi şairin məzarı üzərində inşa edilib. Şuşa şəhərinin işğal edilməsi nəticəsində kompleksin binası və burada sərgilənən onlarla eksponat məhv edilib:
"“Azərbərpa Elmi-Tədqiqat Layihə İnstitutu” MMC-nin direktoru Telman Kərimli, institutun mütəxəssisləri və digər aidiyyatı qurumlar tərəfindən şəhərdə yerləşən tarix və mədəniyyət abidələrinin vəziyyətinin öyrənilməsi məqsədilə monitorinq keçirilib. Məlum olub ki, Şuşa şəhərində yerləşən bir çox tarix-mədəniyyət abidələri, o cümlədən Vaqifin məqbərəsi öz ilkin görkəmini itirib. Prezident İlham Əliyevin göstərişi ilə Şuşa şəhərində bütün tarixi abidələr əsl simasına qaytarılacaq, "Vaqif Poeziya Günləri” bərpa ediləcək".