SON DƏQİQƏ

naxcivanxeberleri.com

20 yanvar şəhidlərinin xatirəsi yad edilib-FOTO

20 yanvar şəhidlərinin xatirəsi yad edilib-FOTO
19-01-2021, 21:17

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyində 20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr olunan “20 Yanvar – azadlığımızın və milli iradəmizin simvolu” mövzusunda tədbir keçirilib. Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Fövqəladə Hallar Nazirliyinin mətbuat  xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, tədbirdə Fövqəladə Hallar nazirinin müavini general-mayor Hikmət Kərimov çıxış edərək SSRİ-nin ermənipərəst rəhbərliyinin Azərbaycan xalqına qarşı məkrli siyasəti nəticəsində 20 Yanvar faciəsinin törədildiyini bildirib. Qeyd edib ki, həmin gün Azərbaycan xalqının tarixinə tək faciə kimi yox, həm də qəhrəmanlıq zirvəsi kimi yazılıb. Ölkə­mizin həmin ərəfədə informasiya blokadasında olduğunu və ümummilli lider Heydər Əliyevin Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyində cəsarətli bəyanatı ilə xalqın səsini dünyaya çatdırdığını söyləyib.

Sonra Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə işinin təşkili şöbəsinin bölmə rəisi mayor Rəcəb Səfərov «20 Yanvar - müstəqilliyə gedən yol», Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin əməliyyat növbətçi hissənin əməliyyat növbətçisinin köməkçisi daxili xidmət kapitanı Anar Əhmədov «Birliyin, yenilməzliyin nümunəsi – Qanlı Yanvar» və Mülki müdafiə işinin təşkili şöbəsinin, əhalinin mülki müdafiəyə və fövqəladə hallara hazırlıq bölməsinin mülki müdafiə qüvvələrinin hazırlığı üzrə baş məsləhətçisi, dövlət qulluqçusu Afaq Alməmmədova  «20 Yanvar - Xalqımızın qan yaddaşıdır » mövzularında çıxış ediblər.

Sonda 20 Yanvar hadisələrinə həsr olunmuş videoçarx nümayiş etdirilmişdir.

 

 

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Şubat 2021    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728