SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Dövlət Universiteti müəlliminin elmi məqaləsi impafaktorlu jurnalda dərc olunub

Naxçıvan Dövlət Universiteti müəlliminin elmi məqaləsi impafaktorlu jurnalda dərc olunub
19-01-2021, 17:21

Naxçıvan Dövlət Universiteti Təsviri incəsənət kafedrasının baş müəllimi Ləman Məmmədovanın “Azərbaycan miniatürlərinin universal dili” adlı  elmi məqaləsi impafaktorlu “Beynəlxalq humanitar və təbii elmlər jurnalı”nda (“İnternational Journal of Humanities and Natural Sciences”) nəşr olunub.

NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, məqalədə Azərbaycan miniatürlərində zəngin fəlsəfi dünyagörüşü, bədii-estetik təfəkkürü, düşüncəsi, rəsmetmədə özünəməxsus üslub və ifadə tərzlərinin peşəkarlıq səviyyəsi, tipologiyası, metod və üsulları haqda ətraflı məlumat verilib. Məqalədə həmçinin qeyd edilib ki, klassik miniatür sənətinin üslub xüsusiyyətlərindən istifadə edilməsi Azərbaycan təsviri sənətinin sonrakı inkişaf dövrlərində daha da genişlənib, boyakarlıq, qrafika, xüsusən kitab illüstrasiyası sahələrində bir sıra rəssamların yaradıcılıq axtarışları uğurlu əsərlərlə nəticələnib.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Şubat 2021    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728