21:52 - Prezident İlham Əliyev: Türkiyə özü müəyyən edəcək ki, Ermənistanla sərhədlər nə zaman açıla bilər
21:08 - Naxçıvan dünən və bu gün
21:01 - Ailə kəndli təsərrüfatı üzvlərinə elektron vəsiqənin verilməsi qaydası müəyyənləşib
20:35 - Muxtar respublikada mülki müdafiə işinin təşkili diqqət mərkəzində saxlanılır
20:18 - Prezident İlham Əliyev: Rusiya və Azərbaycan dost ölkələrdir
20:16 - Ermənistan prezidenti Onik Qasparyanla görüşüb
20:05 - Prezident İlham Əliyev: Xocalı soyqırımı törədiləndə dünya susmuşdu
19:32 - Azərbaycandan Türkiyəyə qaz tədarükü 19 faiz artıb
18:26 - Xocalı faciəsi azərbaycanlılara qarşı soyqırımı aktıdır
17:55 - Ermənistanın prezident administrasiyası müxalifəti təkzib edib
17:30 - Erkan Özoral: "Xocalı soyqırımı insanlığa qarşı cinayətdir"
17:21 - Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
17:12 - Yeni və təcrübəsi az olan nəzarətçi-müəllimlər üçün seminar-məşğələləri yekunlaşıb
Azərbaycan vətəndaşlarının Türkiyəyə hansı sənədlərlə səfər edəcəyi məlum olub
Türkiyəyə səyahət edən Azərbaycan vətəndaşları üçün vizadan azad səyahət çərçivəsində etibarlı sərhədkeçmə sənədlərinin siyahısı müəyyənləşib.
NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu barədə “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında 25 fevral 2020-ci il tarixində Bakı şəhərində imzalanmış Sazişə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında 1 saylı Protokol”un təsdiq edilməsi barədə qanun layihəsində bildirilib.
Həmin sənədlər aşağıdakılardır:
1. Azərbaycan Respublikasının diplomatik pasportu;
2. Azərbaycan Respublikasının xidməti pasportu;
3. Azərbaycan Respublikasının ümumvətəndaş pasportu.
4. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ( Beynəlxalq Mülki Aviasiya Təşkilatının 9303 saylı sənədinin və onun cari əlavələrinin standartlarına müvafiq olaraq maşınla oxunan və biometrik məlumatları ehtiva edən);
5. Azərbaycan Respublikası dənizçinin şəxsiyyət sənədi (gəmi heyətinin siyahısı və ondan çıxarış olduğu halda);
6. Dəmiryolu nəqliyyatı işçisinin şəxsiyyət vəsiqəsi 9 qatarların briqadası tərkibində hərəkət etdiyi təqdirdə);
7. Uçuş heyətinin şəxsiyyət vəsiqəsi;
8. Azərbaycan Respublikasının vətəndaşına rəsmiləşdirilən Azərbaycan Respublikasının qayıdış şəhadətnaməsi ( Azərbaycan Respublikasına qayıtmaq üçün Türkiyə Respublikasında yalnız müvəqqəti qalmaq, oradan tranzit keçmək və çıxmaq üçün).