00:02 - BÜRCLƏR-06 mart
23:44 - ÜST: Dünyada ötən sutka koronavirusa 425 mindən çox yoluxma qeydə alınıb
23:16 - Yaponiya portalı Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı məqalə yayıb
23:00 - Prezident: Müstəqilliyimizin 30 illiyini qələbə qazanmış xalq kimi qeyd edəcəyik
22:14 - YAP Veteranlar Şurasının tam tərkibi məlum oldu - SİYAHI
22:06 - Naxçıvanda qadınlar daim qayğı əhatəsindədirlər
22:00 - Təcrübəçi tələbələr innovativ dərnəklərlə tanış olublar-FOTO
21:23 - Ceyhun Bayramov Avropa Şurasının Bakı ofisinin rəhbəri Zoltan Hernyeş ilə görüşüb
21:20 - Tofiq Nağıyev “Şərəf” ordeni ilə təltif edilib
21:10 - İlham Əliyev YAP-ın yeni proqramının hazırlanması barədə tapşırıq verib
20:43 - İlham Əliyev: "Biz yeni dövrdə siyasi dialoqu daha da dərinləşdirməliyik"
20:28 - “Brent” markalı neft ötən ilin yanvar səviyyəsinə qalxdı
Regional İnformasiya Mərkəzində şəhid ailələri, müharibə iştirakçıları və onların yaxınları üçün Psixoloji Dəstək Xidməti yaradılıb
Ölkəmizdə, eləcə də onun ayrılmaz hissəsi muxtar respublikamızda xüsusi qayğıya ehtiyacı olan şəxslərə göstərilən sosial xidmətlərin həcmi və keyfiyyəti ilbəil yaxşılaşdırılır, bu istiqamətdə zəruri yeniliklər tətbiq edilir. Müvafiq kateqoriyadan olan şəxslərin maddi təminatını gücləndirmək məqsədilə yeni təqaüd və müavinətlər təsis olunur, sosial ödənişlərin məbləği mütəmadi artırılır. Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2021-ci ilin yanvar ayının 1-dən Prezident təqaüdlərinin məbləğlərinin əhəmiyyətli dərəcədə artırılması, o cümlədən yeni Prezident təqaüdlərinin təsis edilməsi ölkəmizdə insan amilinə verilən yüksək dəyərin növbəti təzahürüdür. Bu tədbirlərin davamı kimi, tariximizə qızıl hərflərlə yazılan Vətən müharibəsi iştirakçılarının sağlamlığının bərpası, onların müvafiq reabilitasiya tədbirlərinə cəlb olunması da diqqət mərkəzində saxlanılır, onlar üçün sosial dəstək tədbirləri davam edir. Bu sahədə görülən işlər çərçivəsində, Naxçıvan şəhərində İkinci Qarabağ müharibəsi şəhidlərinin ailə üzvləri, müharibə iştirakçıları, yaralananlar və onların yaxınları, müharibədən zərər çəkənlərlə bağlı Psixoloji Dəstək Xidməti yaradılıb.
NAXCİVANXEBERLERİ.COM xəbər verir ki,Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məhdud Fiziki İmkanlılar üçün Regional İnformasiya Mərkəzində təşkil olunan xidmətin yaradılmasında məqsəd Mərkəzdə fəaliyyət göstərən psixoloji dəstək xidmətinin yeni istiqamət yönü kimi, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olan vətəndaşlarımızın ailə üzvləri, yaralananlar, eyni zamanda müharibə iştirakçıları üçün postmüharibə dövründə lazımi psixoloji dəstəyin təşkilidir.
Qeyd edək ki, artıq müvafiq xidmətlə bağlı Mərkəzdə əlaqə telefonları (036 545 65 26 və 060 263 30 03) müəyyən olunub, xidmətdən istifadə etmək istəyənlər bu nömrələr vasitəsilə müraciət edə bilərlər.