00:02 - BÜRCLƏR-06 mart
23:44 - ÜST: Dünyada ötən sutka koronavirusa 425 mindən çox yoluxma qeydə alınıb
23:16 - Yaponiya portalı Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı məqalə yayıb
23:00 - Prezident: Müstəqilliyimizin 30 illiyini qələbə qazanmış xalq kimi qeyd edəcəyik
22:14 - YAP Veteranlar Şurasının tam tərkibi məlum oldu - SİYAHI
22:06 - Naxçıvanda qadınlar daim qayğı əhatəsindədirlər
22:00 - Təcrübəçi tələbələr innovativ dərnəklərlə tanış olublar-FOTO
21:23 - Ceyhun Bayramov Avropa Şurasının Bakı ofisinin rəhbəri Zoltan Hernyeş ilə görüşüb
21:20 - Tofiq Nağıyev “Şərəf” ordeni ilə təltif edilib
21:10 - İlham Əliyev YAP-ın yeni proqramının hazırlanması barədə tapşırıq verib
20:43 - İlham Əliyev: "Biz yeni dövrdə siyasi dialoqu daha da dərinləşdirməliyik"
20:28 - “Brent” markalı neft ötən ilin yanvar səviyyəsinə qalxdı
2778 şəhidin 6790 ailə üzvünə pensiya, müavinət və təqaüd təyinatı aparılıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) postmüharibə dövrü üzrə sosial dəstək tədbirlərinin mühüm bir istiqaməti tarixi Zəfərimizlə başa çatan İkinci Qarabağ müharibəsi şəhidlərinin ailə üzvlərinə sosial ödənişlərin təyin olunmasıdır.
NAXCİVANXEBERLERİ.COM xəbər verir ki,ƏƏSMN-dən verilən məlumata görə, nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən bu günədək artıq 2778 şəhidin 6790 ailə üzvünə sosial təminat növləri üzrə ödənişlər (Prezidentin aylıq təqaüdü, pensiya və müavinət) təyin olunub.
Təyinatların aparılması işinin operativ təşkili üçün DSMF-də əməkdaşlar səfərbər edilib və bu fəaliyyət istiqaməti üzrə xüsusi işçi qrup yaradılaraq fəaliyyətə başlayıb.
Şəhid ailələri üzvlərinin müraciəti olmadan və təyinat aparılması üçün zəruri sənədlər Fondun əməkdaşları tərəfindən aidiyyəti qurumlardan alınaraq toplanılmaqla sosial ödənişlər təyin olunub. Elektron qaydada, proaktiv şəkildə həyata keçirilən bu proses artıq yekunlaşmaq üzrədir.
Təyin olunmuş sosial ödənişlər barədə şəhid ailələrinə məlumatlar verilməklə, bir çox hallarda təqaüd kartları onlara elə öz ünvanlarına aparılaraq təqdim olunur.