SON DƏQİQƏ

naxcivanxeberleri.com

“Azernews” dünyanın aparıcı qəzetləri arasında: Yeni bir uğur

“Azernews” dünyanın aparıcı qəzetləri arasında: Yeni bir uğur
19-01-2021, 14:00

Azərbaycanın ilk ingilisdilli qəzeti “Azernews”un beynəlxalq media arenasında Azərbaycan təmsilçisi kimi nüfuzu getdikcə artır.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, mərkəzi ofisi Parisdə yerləşən “Sparknews” nüfuzlu fransız mətbuat təşkilatı transmilli mətbuatın çoxlu sayda nümayəndələrini öz sıralarında birləşdirərək güclü media alyansının - “Impact Journalizm Day” yaranmasına nail olub.

“Azernews” qəzeti də “Sparknews”un yaratdığı “Impact Journalizm Day” beynəlxalq hərəkatına dəvət olunmuşdur və hərəkata daxil edilmişdir.

60 beynəlxalq media nümayəndəsini özündə birləşdirən hərəkatda "USA Today” (ABŞ), “Huffington Post” (ABŞ), “The Sunday Times” (Böyük Britaniya), “Le Monde” (Fransa) kimi nüfuzlu qəzetlər yer alır.

Trend İnformasiya Agentliyi “Azernews” qəzetinin bu uğurunu yüksək qiymətləndirərək gələcəkdə qəzetin alyans daxilində uğurlu fəaliyyət göstərəcəyinə əminliyini bildirir.

Qeyd edək ki, 1997-ci ildən fəaliyyət göstərən “Azernews” qəzeti özünə ingilisdilli böyük oxucu auditoriyası toplayıb. "Azernews" Ümumdünya Qəzet Assosiasiyasının (WAN-IFRA) üzvüdür. Qəzetin onlayn versiyası - www.azernews.az saytı da fəaliyyət göstərir.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Mart 2021    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031