SON DƏQİQƏ

naxcivanxeberleri.com

Yeni zavodda 60-90 milyon ədəd müxtəlif çeşidli rəngli şüşə tara məhsulları istehsal olunacaq

Yeni zavodda 60-90 milyon ədəd müxtəlif çeşidli rəngli şüşə tara məhsulları istehsal olunacaq
18-01-2021, 17:21

Bu gün Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında yeni zavodun təməlini qoyub.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, parkın rezidentlərindən biri olan “Glassica” Qapalı Səhmdar Cəmiyyəti burada şüşə tara məhsullarının (butulka) istehsalı zavodunu inşa edəcək.

Müəssisənin məhsulları əsasən qida sektorunda qablaşdırmada istifadə olunacaq. İnvestisiya dəyəri 12 milyon ABŞ dolları olan müəssisədə 160 nəfər daimi işlə təmin ediləcək.

Azərbaycanda daxili bazarın rəngli butulkaya olan tələbatı təqribən 45-50 milyon ədəd arasında dəyişir. Zavodda 60-90 milyon ədəd müxtəlif çeşidli rəngli şüşə tara məhsullarının istehsalı nəzərdə tutulur. Yəni, daxili bazarın tələbatı tam ödənilir, nəticədə ixrac perspektivi yaranır.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Mart 2021    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031