00:30 - Günün qoroskopu
23:30 - İnstaqramda yeni funksiya yaradılır
22:41 - Türkiyənin bəzi vilayətlərində komendant saatı ləğv olunub
22:28 - Aleksandr Lukaşenko oğlunu vəzifədən azad etdi
21:40 - Özbəkistanda koronavirusa qarşı ilk peyvənd qeydə alınıb
21:07 - Təhsil Nazirliyinə birbaşa tabe məktəblərin şagirdləri arasında dram müsabiqəsi keçirilib-FOTO
20:32 - Paşinyan Ermənistanın sabiq prezidentini ordunu onun üzərinə qaldırmaqda ittiham edib
19:56 - Mövsüm mərasimlərindən ikinci ilaxır çərşənbə – Torpaq çərşənbəsi
19:48 - "Google Chrome" Azərbaycan internet bazarında liderliyini davam etdirir
19:39 - Azərbaycanda zəlzələ olub
18:55 - Ceyhun Bayramov Özbəkistan səfiri ilə görüşüb
18:41 - Milyonlarla VPN istifadəçilərinin məlumatları internetə sızıb
Naxçıvan Dövlət Universiteti ilə Türkiyənin Qars Qafqaz Universiteti arasında onlayn müqavilə imzalanıb-FOTO
Naxçıvan Dövlət Universiteti ilə Qars Qafqaz Universiteti arasında onlayn görüş keçirilib.
NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə,tədbirdə Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev hər kəsi salamlayıb, ölkələrimiz arasında qardaşlıq münasibətlərinə toxunub, iki qardaş ölkə arasında bütün sahələrdə əlaqələrin yüksək səviyyədə olduğunu diqqətə çatdırıb. Rektor tarixi ədalətin bərpa olunmasında Türkiyənin Azərbaycana verdiyi mənəvi, siyasi dəstəyi xüsusi olaraq qeyd edib. Universitetlərarası əlaqələrə toxunan Elbrus İsayev Türkiyə universitetləri ilə Naxçıvan Dövlət Universiteti arasında qarşılıqlı və faydalı əməkdaşlığın genişləndirilməsi istiqamətində yeni layihələrin həyata keçirilməsinin vacibliyini vurğulayıb.
Qars Qafqaz Universitetinin rektoru Hüsnü Kapı düşmən üzərində qazandığımız qələbəni bütün türk dünyasının birliyi, zəfəri adlandırıb və bu münasibətlə hər kəsi təbrik edib. Qeyd edilib ki, Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” sözləri və Azərbaycanın Ulu öndəri Heydər Əliyevin “Biz bir millət, iki dövlətik fikirləri bizim dostluğumuzun və qardaşlığımızın mənasını təşkil edir. Daha sonra layihə təklifləri müzakirə olunub.
Görüşdə bütün elm-təhsil sahələrində ortaq layihələr həyata keçirmək, konfranslar, simpoziumlar təşkil etmək, ortaq elmi araşdırmalar və nəşrlər aparmaq, elmi toplantılar təşkil etmək, tələbə-müəllim mübadiləsi həyata keçirmək, müxtəlif idman növləri üzrə universitetlərarası idman yarışları keçirmək məsələləri müzakirə edilib. Elmi rəqabətliliyin təmin edilməsi, tələbə, müəllim mübadiləsi, mədəniyyət, idman və.s sahələrdə birgə fəaliyyət, tələbə təqaüdü proqramları, elmi əməkdaşlıqda magistr və doktorantura proqramları, elmi tədqiqat sahələrində birgə araşdırmalar, tədqiqatlar aparmaq əsas fəaliyyət istiqamətləri kimi müəyyənləşdirilib.
Sonda hər iki universitet arasında onlayn şəkildə qarşılıqlı müqavilə imzalanıb.