11:40 - Hikmət Hacıyev İsrailə təşəkkür edib: "Bir həyatı xilas edən bütün dünyanı xilas edir"
11:32 - Azərbaycanda peyvənd olunanların sayı 363 mini ötüb
11:06 - Prezident İlham Əliyev YAP-ın qurultayında çıxış edib
10:55 - Azərbaycanda qızıl və gümüş ucuzlaşır
10:39 - Füzulinin Yuxarı Rəfədinli kəndindən görüntülər
10:25 - III, VI və VII sinif şagirdləri üçün milli qiymətləndirməyə başlanılıb
09:51 - YAP-ın növbədənkənar qurultayı başlayır
09:44 - DİM və Təhsil Nazirliyi buraxılış imtahanları ilə bağlı yeni qərar verib
09:32 - Azərbaycan neftinin qiyməti 68 dollara yaxınlaşır
09:24 - Martın 5-də xarici valyutaların manata qarşı məzənnələri
09:13 - Ağbulaq Xizək Mərkəzi Küveyt mediasında
09:00 - “Naxçıvan blokadası” – yaşadığımız illərin canlı salnaməsi
00:30 - Günün qoroskopu
00:00 - Naxçıvanda bədən tərbiyəsi və idman sahəsində görülən işlər öz bəhrəsini verir
23:26 - Ceyhun Bayramov Türkiyədə baş vermiş helikopter qəzası ilə bağlı başsağlığı verib
Xəzərin səviyyəsinin azalmasına səbəb olan amillər açıqlandı
Qapalı su hövzəsi olduğundan Xəzərin səviyyəsində periodik dəyişmələr mümkündür. Səviyyənin dəyişməsində başlıca amil onun hövzəsinin iqlimi hesab olunur və səviyyə tərəddüdləri əsasən onun su balansı elementlərindən, yəni onu qidalandıran çaylardan və düşən yağıntının miqdarından, həmçinin buxarlanmadan asılıdır.
NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Siyasət şöbəsinin müdiri Rasim Səttar-zadə bildirib.
Onun sözlərinə görə, dəniz dibində baş verən tektonik hərəkətlər də səviyyənin dəyişməsinə təsir göstərən amillərdəndir. Beynəlxalq iqlim modellərinə görə Xəzər hövzəsində yağıntı rejiminin proqnozlaşdırılmasında kifayyət qədər qeyri-müəyyənlik və uyğunsuzluqlar mövcuddur. Bu səbəbdən hazırda Xəzər dənizinin gələcək səviyyəsi ilə bağlı elmi əsası olan fikir söyləmək mümkün deyil.
R.Səttar-zadə qeyd edib ki, Xəzər dənizinin səviyyəsində hazırda müşahidə edilən enmə prosesi 1995-ci ildən müşahidə edilir.
1977-ci ildə Xəzərin səviyyəsinin XX əsrdə müşahidə olunmuş ən aşağı həddə çataraq -29 metrə qədər azaldığını deyən R.Səttar-zadə qeyd edib ki, dənizdəki hazırkı səviyyə azalması 1977-ci ildən çox deyil.
Nazirlik rəsmisinin sözlərinə görə, 2019-cu ildə dənizin orta illik səviyyəsi Baltik sistemi ilə mənfi -27,91 metr qeydə alınıb ki, bu da 1977-ci ildəki səviyyədən 1,1 metr yüksəkdir.
R.Səttar-zadə əlavə edib ki, 1977-1995-ci illər ərzində suyun səviyyəsi 2,5 metr artaraq -26,5 metrə çatıb. 1995-ci ildən dəniz səviyyəsində yenidən azalma müşahidə olunmağa başlayıb. Ən gözəçarpan azalma (1 metrə yaxın) 2006-2015-ci illərdə baş verib. 2015-2017-ci illərdə səviyyə qismən stabilləşsə də, yenidən enməyə başlayıb.