23:34 - Türkiyədə son sutkada koronavirusdan 10 282 nəfər sağalıb
23:11 - Azərbaycan güləşçisi ermənini udub bürünc medal qazandı
22:26 - Daha iki güləşçimiz finala vəsiqə qazandı
22:12 - Haaqa şəhərində Xocalı şəhidlərinin xatirəsinə abidə ucaldıldı
21:30 - Ermənistan müxalifəti: Bütün hərbçilər Paşinyanın istefasını tələb edir
21:11 - Tailandda Xocalı soyqırımı qurbanları yad edilib
20:21 - Yerevanda müxalifət yenidən parlamentin qarşısına qayıtdı
19:42 - Paşinyan yenə baş qərargah rəisinin istefası təklifini prezidentə göndərəcək
18:45 - Naxçıvanda plastik kapsul və qapaq istehsalı sahəsinin fəaliyyəti genişləndirilir - FOTO
18:45 - Ermənistan prezidenti qərargah rəisini istefaya göndərmədi
18:38 - Naxçıvanda sahibkarlarla işgüzar tədbir keçirilib - FOTO
18:14 - Azərbaycanı dünya çempionatında təmsil edəcək idmançılar bilindi
Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması necə müəyyən edilir?
Azərbaycan Respublikasının “İcra haqqında” Qanununa əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir.
Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, tələbkara, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir.
Qeyd:Sualları Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Qanunvericilik bölməsinin əməkdaşları cavablandırır.