SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azad edilmiş ərazilərdə layihələrin reallaşdırılması yeni iş yerləri yaradacaq

Azad edilmiş ərazilərdə layihələrin reallaşdırılması yeni iş yerləri yaradacaq
16-01-2021, 10:14

2021-ci ildə Azərbaycanın azad edilmiş ərazilərində sosial-infrastruktur layihələrinin reallaşdırılması təkcə qeyri-neft sənayesinin inkişafını sürətləndirməyəcək, həm də yeni iş yerləri yaradacaq.

Bunu jurnalistlərə İqtisadiyyat Nazirliyi yanında İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru vəzifələrini icra edən Arzu Hüseynova deyib.

Onun sözlərinə görə, qeyd olunan istiqamətlər üzrə artıq müvafiq işçi qrupları yaradılıb, tədbirlər planı hazırlanıb:

"Azad edilmiş ərazilərin bərpası üzrə aparılacaq işlər, eləcə də bu ərazilərin təbii ehtiyatlarla zənginliyi qeyri-neft sektorunun inkişafına xidmət edəcək və yeni imkanlar yaradacaq".

O xatırladəb ki, son dövrlərdə Azərbaycanın ümumi daxili məhsulunda qeyri-neft sahələrinin payı artır.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Mart 2021    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031