SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azad edilmiş ərazilərdə ilkin olaraq 10 seysmik stansiya quraşdırılacaq

Azad edilmiş ərazilərdə ilkin olaraq 10 seysmik stansiya quraşdırılacaq
16-01-2021, 09:57

İşğaldan azad edilmiş ərazilərdə ilkin olaraq 10 seysmik stansiya quraşdırılacaq.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, Qurban Yetirmişli deyib.

Onun sözlərinə görə, bu da Qarabağ ərazisində seysmik tədqiqatlar aparılmasına imkan verəcək. Q.Yetirmişli dövlət qurumlarından müvafiq icazələrin verilməsindən sonra seysmoloqların əraziyə səfər edəcəklərini və yeni stansiyaların quraşdırılması üçün yerlərə baxış keçirəcəklərini vurğulayıb. Alim bildirib ki, seysmoloqların Qarabağda aparılacaq digər işlərdə də yaxından iştirakı nəzərdə tutulur.

Alim həmin ərazilərdə işğaldan əvvəl də seysmik stansiyaların olduğunu bildirib: “Bildiyiniz kimi, ermənilər işğal olunmuş ərazilərdə hər şeylə vəhşi kimi davranıblar. Bizim hər şeyimizi - maddi mədəniyyət, tarixi abidələrimizi, evləri, eləcə də bütün digər infrastrukturu dağıdıblar. Bizim stansiyalar da erməni barbarlığına məruz qalaraq dağıdılıb”.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Mart 2021    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031