SON DƏQİQƏ

naxcivanxeberleri.com

Ötən ilin yekunları müzakirə olunub, qarşıda duran vəzifələr müəyyənləşdirilib

Ötən ilin yekunları müzakirə olunub, qarşıda duran vəzifələr müəyyənləşdirilib
15-01-2021, 22:10

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyində keçirilən kollegiya iclasında nazir Vüsal Sevdimaliyev məruzə ilə çıxış edib. Nazirliyin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, bildirib ki, 2020-ci il rabitə işçiləri üçün də əhəmiyyətli dərəcədə yaddaqalan olub. Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə Culfa və Kəngərli rayonlarında telekommunikasiya sistemləri və rabitə evləri, Naxtel” müştəri xidmətləri, “Naxçıvanpoçt” publik hüquqi şəxsinin rayon filiallarının fəaliyyəti üçün zəruri iş şəraiti yaradılıb.

   İl ərzində Naxçıvan şəhərində, muxtar respublikanın ayrı-ayrı yaşayış məntəqələrində rabitə evləri istifadəyə verilib, avtomat telefon stansiyaları yeni istifadəyə verilən rabitə evlərinə köçürülüb. “Naxtel” Məhdud Məsuliyyətli Cəmiyyətinin yeni binası istifadəyə verilib.

   Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikasında yeni təşkil olunan taksi xidməti üçün üç rəqəmli prefiks ayrılıb. Fiber-optik kabel şəbəkəsinin genişləndirilməsi işi davam etdirilib, 49 mənzilə fiber-optik xətt çəkilib.

   Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Dövlət Universitetində Texnologiyalar Parkının yaradılması haqqında” 2020-ci il 14 dekabr tarixli Sərəncamı muxtar respublikada texnologiyanın inkişafına əsaslı zəmin yaradıb.
   Məruzə ətrafında çıxışlar olub

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Şubat 2021    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728